"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcra başçısı “91-lər”-in məşhur üzvünün obyektini sökdürdü

10 Oktyabr 2016 - 23:46
in XƏBƏR LENTİ
 İcra başçısı “91-lər”-in məşhur üzvünün obyektini sökdürdüMaksim Musayev: “…Rüşvət istəyirlər”

Xızı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş deputat, məşhur “91-lər”-in nümayəndəsi Maksim Musayevə məxsus obyekt sökülüb. Bu barədə M.Musayev özü “Yeni Müsavat”a məlumat verib. 
Onun dediyinə görə, oktyabrın 10-da, saat 13 radələrində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəxsən ona məxsus olan Altıağacdakı tikinti yerinə gəlib və söküntü işlərinə rəhbərlik edib: “Mən Xızı rayonunu yaradan şəxsəm. 15 illik deputatlıq stajım var, bunun 10 ilini Xızının deputatı olmuşam. Parlamentdə 200-ə yaxın qanunun qəbulunda və hazırlanmasında bilavasitə iştirak etmişəm. Xızı rayonunda, Altıağacda mənim torpağım, orda da bir daxmam var. Bir müddət əvvəl orada nəvələrimə 50 kv m-lik idman otağı tikdirdim, gəlib orada tennis oynasınlar. 7 nəvəmin 7-si də idmançıdır. Son 20 ildə Xızıda bir dənə də olsun idman obyekti tikilməyib. Vaxtilə mən Xızıda və Altıağacda stadion tikdirmişdim, onları da bölüb satıblar. İndi icra başçısı Xəzər Aslanov gündüz saat 1-də gəlib və həmin tikilini dağıtdırıb. Əvvəlcə dağıtmaq üçün bir ekskavator gətiriblər. Ancaq o, qaçıb ki, məhkəmə qərarı yoxdur, bu, iş cinayətdir. Sonra ikincisini gətiriblər və söküblər”.
 
M.Musayev Müstəqillik Aktına səs verən deputat olduğunu xatırlatdı: “Təəssüf edirəm ki, müstəqilliyin 25 illiyi qabağı mənə belə bir “hədiyyə” etdilər. Xahiş edirəm, dediklərimi olduğu kimi yazın: mən belə bir icra başçısına nifrət edirəm və onun orda qalmasına etirazımı bildirirəm! Bir halda ki, mənə belə bir münasibət var, mənə qarşı qanunsuzluqlar edirlər, vay digərlərinin halına”.
 
M.Musayevin sözlərinə görə, onun sənədləri tam qaydasında olub: “Amma məndən sənəd soruşan varmı ki? Mənə deyirlər “gəl yanımıza”, deyirəm niyə gəlim? Deməli, rüşvət istəyirlər. Sənəd istəyirlərmi ki, mən də sənəd verim? Ancaq mən bu işi belə qoymayacağam, bununla bağlı prokurorluğa, məhkəməyə müraciət edəcəyəm. Bundan qabaq da Prezident Administrasiyasına şikayət eləmişdim. Alın təri ilə qazandığım pulla nəvələrimə tikdirdiyim tikilini dağıdıblar. Hansı ki, prezidentin fərmanı var, 12 metrə qədər tikinti aparanlara problem yaratmırlar”.
M.Musayevin dedikləri ilə bağlı Xəzər Aslanovun da mövqeyini dərc etməyə hazırıq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Putinlə görüşdü – Tarixi saziş imzalandı

Next Post

Türkiyənin yeni səfiri Bakıya gəldi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyənin yeni səfiri Bakıya gəldi

Ərdoğan: "Qardaşımla bərabərik, çox xoşbəxtəm..." - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.