"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcra başçısı qaçqına həqarət: “Evinizi Sarkisyandan istəyin”

02 Aprel 2017 - 14:20
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

 

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.

Bu barədə BakiPost.az-a ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür: “Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.

 

İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.

 

Zərərçəkənin sözlərinə görə, icra nümayəndələri aprelin 3-nə kimi evdən çıxmaları üçün onlara vaxt qoyub: “Problem yaranandan sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxartdı ki, ev sökülməsin. Amma sonradan onlar Ali Məhkəməyə verdilər. Təzyiqlər nəticəsində məhkəmə onların xeyrinə qərar çıxartdı. İcra işçiləri mənə 2 gün vaxt qoyublar. Deyirlər çıxmasan da evi sökəcəyik. Aprelin 3-ü sonuncu gündür. Mən də orada 100 minlik ev tikmişəm. Niyə sökürlər? Hətta mənə sığınacaq belə vermirlər. 2 körpə uşaqla ailəmi çölə atırlar. İcra işçilərinin də əlində məhkəmənin qərarı var. Ona görə də evi sökməyə ixtiyarları var. İcra başçısı və bələdiyyə isə heç bir tədbir görmür. Əgər beləydisə, niyə mənə vaxtında icazə verirdilər evi tikməyə? Qonşuluqda o qədər sənədsiz ev tikənlər var. Onların evləri sökülmür. Amma mənim evimi sökürlər. Niyə sökdüklərini də demirlər. Bir ailəni çöldə qoymaq bu qədər asandır?”

 

 

A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib. İsgəndərovlar ailəsi ölkənin rəhbər şəxslərindən onlara kömək etmələrini xahiş ediblər: “Cənab prezident məcburi köçkün ailələri üçün evlər tikdirir, onların şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verir. Amma yerlərdəki nümayəndələr biz köçkün ailələrinə qan uddururlar. İmkan vermirlər öz pulumuzla tikdiyimiz evimizdə rahat yaşayaq. Bizi hansısa davanın qurbanı edirlər. Deyirlər, gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin. Bizi öldürməkdən betər ediblər. Belə getsə, evə od vurub içində ailəm və özümlə birlikdə yandıracağam”.

Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, ev Ali Məhkəmənin qərarı əsasında sökülür: “Həmin şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edib. Ona görə də qərar verilib ki, ev sökülsün. Bu da Ali Məhkəmənin qərarıdır”.

 

İcra nümayəndəsi “bəs icra hakimiyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikilməsinə niyə icazə verib” sualına israrla “Ali Məhkəmə sökülməsinə qərar verib” cavabını verdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hitlerin sevimli GƏDƏBƏYLİSİ – FOTO

Next Post

Dolların bu günə olan MƏZƏNNƏSİ

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Dolların bu günə olan MƏZƏNNƏSİ

DTX-nın ikinci şəxsi kimdir? - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.