"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

"İcra başçısının bazarına getməsəniz, hamınızı dama basacağıq…"

10 Fevral 2015 - 01:59
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

icraaaaaa“Qardaşım 20 yanvar əlilidir. Şəhərin mərkəzində balıq bazarı var. Neçə aydır ki, icra hakimiyyətinin başçısı bazarı sökdürmək istəyir. Elə yol qalmadı ki, əl atmasın. Gah balıqsatanları cərimələtdirdi, gah adamları hədələdi. İndi də baytarlıq idarəsinin laborantı polisə şikayət ərizəsi verib ki, guya o, bazara gələndə qardaşım ona bıçaqla hücum edib”.

Bunu “Azadlıq” radiosuna Neftçaladakı balıq bazarının sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev deyib.

Onun bildirdiyinə görə, icra hakimiyyətinin başçısı rayonun mərkəzindən kənarda iri bazar tikdirib. Balıq bazarındakı satıcıların çoxunu müxtəlif təzyiqlərlə həmin bazara köçürüb, getməyənləri isə cərimələtdirib: “İndi burada azı 20 nəfər alverçi qalıb. Çoxu da qadınlardır. Rayonun baytarlıq idarəsi onları məhkəməyə verib cərimələtdirdi. Guya satdıqları balığı laborator müayinədən keçirmirlər, ona görə… Halbuki həmin balıqları satıcılar elə başçının bazarından alıb gətirib satırlar. Balıq həmin bazarda laborator müayinədən keçirilirsə, ikinci dəfə onu müayinədən keçirməyin nə adı? Başçı ətrafımızdakı mağazaların sahiblərini müxtəlif təzyiqlərlə buradan uzaqlaşdırıb, mağazalarını da sökdürüb. İndi də əlini bizim bazara qoyub”.

Zakir Fərziyev deyir ki, bir neçə gün əvvəl isə qardaşı Məhəmməd Fərziyevin evinə gələrək onu polisə aparıblar: “Baytarlıq idarəsinin laborantı rayon polis şöbəsinə şikayət ərizəsi yazıb ki, guya o, bazara gələrkən qardaşım ona arxadan bıçaqla hücum edib, vurmaq istəyib. İndi də bu yolla təzyiq edirlər ki, bazardan çıxaq”.

Neftçala Rayon Polis Şöbəsindən bildirilib ki, Məhəmməd Fərziyev barədə Mələk Hüseynova tərəfindən şikayət ərizəsi daxil olub. Polis ərizəni araşdırır.

“Bizə deyirlər ki, başçının tikdirdiyi bazara getməsəniz, hamınızı dama basacağıq” – bunu isə Məhəmməd Fərziyevə məxsus balıq bazarında balıq satmaqla məşğul olan Rəsmiyyə Zülfüqarova deyir.

Bu yaxınlarda Neftçala Rayon Məhkəməsi onu da satdığı məhsulu laborator müayinədən keçirmədiyinə görə cərimələyib.

Neftçala Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, rayonun mərkəzində abadlıq işləri aparılır. Məhəmməd Fərziyevə məxsus bazarda gigiyenik qaydalara riayət olunmur və bazar ərazinin səliqəsinə xələl gətirir. Satıcıların cərimələnməsi isə rayon baytarlıq idarəsinin məhkəməyə müraciəti əsasında olub. İdarənin kəsdiyi cərimə satıcılar tərəfindən ödənilmədiyinə görə məhkəməyə müraciət olunub.

Zakir Fərziyevin bildirdiyinə görə, indiyədək bazara bir neçə dəfə polis qüvvəsi cəlb olunub. Satıcılardan başçının tikdirdiyi iddia olunan təzə bazara köçmələri tələb edilib.

Zakir Fərziyev deyir ki, 20 yanvar əlili olan qardaşına 20 yanvar hadisələrinin 25 illiyi ərəfəsində verilməli olan mükafatı da kəsiblər:“Bütün 20 yanvar əlillərinə mükafat verildi. Qardaşıma da hər il verirdilər. Bu il kəsdilər. Görün, bunlar nələrə əl atırlar – ən primitiv üsullara”.

Hüquqşünas Namizəd Səfərov deyir, istənilən söküntü məhkəmə qərarı ilə baş tuta bilər: “Adamların əllərində mülkiyyət üzərində sahiblik hüququ verən sənədlər var. Hətta bu sənəd olmasa belə, yenə də məsələni məhkəmə həll etməlidir. Kompensasiya müəyyənləşdirilməli, mülk sahibinə ödənilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Merkeldən Putinə şərt: “Razılaşmasan, yox olacaqsan”

Next Post

Elmar Vəliyevin oğlunun müsahibəsi neçəyə başa gəlib?-İDDİA

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Elmar Vəliyevin oğlunun müsahibəsi neçəyə başa gəlib?-İDDİA

Rüstəm İbrahimbəyov “Abbasov cəbhəsində”

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.