"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcra başçısının oğlanlarının bahalı maşınları üzə çıxdı

08 Fevral 2016 - 15:44
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Ağdamın icra başçısının övladları Sənan və Kənanın avtomobil kolleksiyasının olmasına dair iddialar var

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də məmur övladlarının idarə etdiyi bahalı maşınlar və bunun kolleksiya halında saxlanılmasıdır. Jam.az azad.media-ya istinadən xəbər verir ki, artıq bir sıra iri çinli məmurların övladlarının maşın kolleksiyaları üzə çıxıb və onlarla bağlı cəmiyyətə məlumat verilib.  Lakin hadisələrin gedişatı, aparılan araşdırmalar onu deməyə əsas verir ki, maşın kolleksiyası həvəskarı olan məmur ovladları heç də nazir, general və ya bu kateqoriyadan olan yüksək çinlilərin uşaqları deyil. Onların sırasında icra başçıları da var.  Saytıni məlumatına görə, Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasındadır. Uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil. Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir.

Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir. Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.

Sənan Məmmədovun harada işlədiyinə gəldikdə isə deyilənlərə görə, o, bizneslə məşğul olur. Hətta bir dəfə əsgərlərə cəbhə xəttində yardım apararkən fotoları da yayılmışdı. Lakin sonradan həmin fotolar yığışdırıldı və məlum oldu ki, cəbhə xəttində fotoşəkil çəkdirməyin qadağan olunmasına baxmayaraq, Raqub Məmmədovun oğlu bu şərtləri pozub. Üstəlik, həmin vəziyyət həm də mövcud durumla ayaqlaşmadığı üçün icra başçısı üçün problem yaratmışdı.

Sənan Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Azad.Media-nın dəqiqləşdirmələrinə görə, yeni model «Toyota Lexus» markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. «Jeep Grant Cheroke» markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.

Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir. Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Azad.Media xəbər verir ki, Kənan Məmmədov Bərdə Polis İdarəsində çalışır və rütbəcə baş leytenantdır. Onun qərargah rəisi olduğu deyilir. Adı bir müddət əvvəl rayonda məmurlardan pul toplamaq məsələsinə qarışmışdı. Lakin Raqub Məmmədovun israrlı tələbləri və mətbuata yaydığı açıqlamalardan sonra proses yatışdırıldı və təkzib edildi.

Sayt xəbər verir ki, icra başçısının polis oğlunun idarə etdiyi avtomobil «Jeep Grant Cheroke»dir. 90 KM 777 dövlət nömrə nişanlı «Jeer»in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər. Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paytaxt üçləşməsi – Aqşin Yenisey

Next Post

İran mühüm seçki ərəfəsində – Sayılı günlər qalıb

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

İran mühüm seçki ərəfəsində - Sayılı günlər qalıb

Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracına başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.