"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcra strukturlarında rüşvətə “stop” qoyulduğu təsdiqlənir

08 Fevral 2016 - 08:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 İcra strukturlarında rüşvətə “stop” qoyulduğu təsdiqlənir

“Ərəb baharı” zamanı müşahidə olunan proses qayıdıb

2011-ci ilin əvvəlində başlanan ərəb inqilabları zamanı olduğu kimi yenə də icra orqanlarında rüşvətə “stop” qoyulub. Bu barədə əldə etdiyimiz xəbərlərdə deyilir ki, notariuslardan tutmuş, əhalinin tez-tez müraciət etdiyi digər bütün dövlət orqanlarında son vaxtlar rüşvətsiz işləmək sisteminə keçilib. 
Hakimiyyət yuxarı dairələrindən əhalinin maddi vəziyyətinin ağır olduğu və rüşvətxorluğun narazılığı bir qədər də artırdığını nəzərə alaraq belə bir göstəriş verilib.
Xatırladaq ki, “Ərəb baharı”nın baş qaldırdığı zamanlarda da dövlət orqanlarında rüşvətə son qoyulmuşdu. 2011-ci ildə bölgələrdə etiraz aksiyalarının bir-birilə əvəzləməsi də məhz özbaşınalıqlardan bezən xalqın üsyanı idi. Məsələn, həmin dövrdə “ərəb baharı”ının rüzgarından ehtiyatlanan hakimiyyət rüşvət yığılmasına “məzuniyyət” verdi, məhkəmələr sadə vətəndaşların xeyrinə qətnamələr çıxardı, notariat kontorlarında rüşvət dayandırıldı, nazirlər bir-bir bölgələrə vətəndaşların qəbuluna göndərildi, icra başçıları camaatın ayağına getməyə başladılar.
Bundan sonra inqilabi bir proyekt həyata keçirildi – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin filialları fəaliyyətə başladı. Lakonik adı “ASAN Xidmət” olan bu layihə iqtidarın “ərəb baharı”ndan qorunması ilə yanaşı, sosial narazılıqların qismən azalmasına yardım etdi. 
İnsafən, indi şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi, müxtəlif dövlət orqanlarından zəruri sənədləri ASAN- Xidmətdən çox asanlıqla əldə etmək olar. Həm operativ, həm də qeyri-rəsmi rüsum tələb edilmədən lazımi sənədləri almaq mümkündür.
ASAN- Xidmət dayanıqlı olsa da icra orqanlarında rüşvətə “stop” deyilməsinin müvəqqəti, kampaniya xarakterli olduğu ortaya çıxdı. “Ərəb baharı” təhlükəsi ötüşdükdən sonra əvvəlki sistem bərpa edildi.
Aradan beş ilə yaxın keçib “Ərəb baharı” təhlükəsi olmasa da ondan heç də geri qalmayan iqtisadi böhrandan doğa biləcək etiraz dalğası təhlükəsi hiss edilir. Rüşvətə “stop” da bunun üçün verilib. 
 
Bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirdi ki, hansı situasiyada həyata keçirilməsindən asılı olmayaraq rəsmi strukturlarda rüşvət hallarının qarşısının alınması müsbətdir. Təsadüfi deyil ki, bu, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır: “Bu gün insanlar üçün qəpiyin belə, əhəmiyyəti var. Yəni böhran amilləri insanları o qədər sıxışdırıb çətin vəziyyətə salıb ki, onlar üçün qəpik də əhəmiyyətli dəyər daşıyır. Belə bir durumda insanların hansısa işləri üçün az miqdarda rüşvət verməsi belə, onlara yükdür. O baxımdan da rüşvətə ”stop” deyilməsi əhalidə məmnunluq yaradır və insanları ruhlandırır. Ölkə prezidenti də bildirmişdi ki, bütün bu mənfi hallara mübarizə aparmaq üçün ictimai rəy fəal olmalıdır, ictimai rəyin, medianın gücündən istifadə etməliyik. Ona görə də rüşvətxorluq hallarına, insanlardan bac-xərac yığılmasına qarşı hər bir fərd fəal olmalıdır, rüşvət verməkdən imtina etməlidirlər. Müvafiq orqanlara, prezidentin yeni yaratdığı Apelyasiya Şurasına müraciət etməlidirlər. Ölkədə vətəndaşların ərizə və şikayətlərinə baxılması proseduru təkmilləşdirilir. Bu da ictimai fəallığın artmasına gətirib çıxarmalıdır”.
Q.Hüseynli vurğuladı ki, rüşvət alma hallarının dayandırılmasının “Ərəb baharı”nın ilk vaxtlarında olduğu kimi kampaniya xarakteri daşımaması, müəyyən müddətdən sonra rüşvətxorluğun yenidən başlamaması üçün insanların özləri də ciddi şəkildə fəal olmalıdırlar, rüşvət verməməli, rüşvət istəyənlərdən şikayət etməli, öz haqları uğrunda mübarizə aparmağı bacarmalıdırlar.
 
İmkan verməməlidirlər ki, rüşvətxor və dələduz məmurlar onların haqlarını yesin: “Rüşvətxorluğa birdəfəlik son qoyulması üçün bu amillər mütləqdir. Kadr islahatları da yəqin ki, davam etdiriləcək. Kadr islahatları iş başına rüşvətdən uzaq adamların gətirilməsinə ümid edək ki, səbəb olacaq. Belə olsa rüşvətə, məmur özbaşınalığına qarşı mübarizə aparmaq xeyli asanlaşacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qətlə yetirilən generalın qızından şok açıqlamalar – sirlər açılır

Next Post

Türkmən Dağında öldürülən 4 rus generalının məxfi Türkiyə planı üzə çıxdı – Ələ keçirilən xəritə Moskvanın planını deşifrə etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkmən Dağında öldürülən 4 rus generalının məxfi Türkiyə planı üzə çıxdı - Ələ keçirilən xəritə Moskvanın planını deşifrə etdi

Fazil Mustafa od püskürdü:"Əlvida, idman-sağlamlıq və xoş gəldin, avaraçılıq-narkomaniya!"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.