“İdalia” qasırğası ABŞ-ın Florida ştatının sahillərinə çataraq güclü yağış və daşqınlara səbəb olub.
Elchi.az xəbər verir ki, Milli Qasırğa Mərkəzinin paylaşdığı məlumata görə, Florida ştatındakı “Keaton Beach”dən içəriyə doğru hərəkət edən qasırğanın sürəti saatda təxminən 300 kilometrə çatıb.
Səhər saatlarından etibarən 3-cü kateqoriya şiddəti ilə əyalətdə təsirini göstərən İdalia bölgədə geniş miqyaslı elektrik kəsilməsinə, küçələri su basmasına, hava limanlarının bağlanmasına və uçuşların ləğvinə səbəb olub.
Davamlı küləklərin təsiri ilə dalğa uzunluğunun 3 metrə yaxınlaşması ilə Tampa və Fort Myers kimi sahil bölgələrində küçələri örtən suyun səviyyəsinin sürətlə yüksəldiyi paylaşılıb.
Florida qubernatoru Ron DeSantis verdiyi açıqlamada İdalianın “təxmin ediləndən çox dağıntıya səbəb ola biləcəyi” və onun təsir dairəsinin xəritələrdə göstərilən ərazilərdən kənara çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, “İdalia” qasırğasından güclü və davamlı küləklər Corciya ştatını sıxışdırır.
Nuranə Məmmədova





