
Elchi.az-ın Report-a istinadən xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarda əksini tapıb.
Belə ki, ölkəyə idxal edilən kerosinin 1 tonuna 80 manat aksiz vergisi tutulurdu. Bu ilin avqustun 10-da qərara edilən dəyişikliyə əsasən, idxal edilən kerosinin 1 tonuna formal olaraq 1 manat aksiz vergisi tutulur. Qərarın qüvvədə olma müddəti 90 gün olduğuna görə, noyabrın 8-də yenidən əvvəlki rüsum bərpa olunacaq.



