İyunun 12 və 15-də iki potensial təhlükəli asteroid bir anda Yerə yaxınlaşacaq.
Elchi.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, bu barədə rusiyalı alimlər xəbərdarlıq edib.
1994 XD asteroidi 3,2 milyon kilometr məsafədə (Aydan 8 dəfə uzaq) uçan ilk asteroid olacaq.
Rusiya Elmlər Akademiyasının (RAS) Keldış Tətbiqi Riyaziyyat İnstitutu (IPM) bildirib ki, Kosmik qaya kəşf edildiyi gündən Yerə ən çox yaxınlaşıb.
2020 DB5 asteroidi Yerdən təxminən 4,15 milyon kilometr məsafədən keçəcək ki, bu da Aydan təxminən 11 dəfə uzaqdır.
Rusiya alimləri hər iki asteroidi “ISON-Kitab” rəsədxanasında izləyirlər.
Yeganə




