"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İki dəfə yandırılan ticarət mərkəzinin əsl sahibi üzə çıxdı – Ziya Məmmədov…

04 Noyabr 2014 - 12:00
in FLƏŞ, GÜNDƏM

img1668874-300x225Sumqayıtdakı “Karvan” nəqliyyat nazirinin imiş; Ağamirzə Əhədov bazarın “faizli xozeyni”dir; “Nəqliyyat nazirinin obyektini ard-arda yandırmaqla ona göz dağı verirlər”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Son vaxtlarda iki dəfə güclü yanğının baş verdiyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzinin əsl sahibi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

 “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, Sumqayıtdakı iri alış-veriş mərkəzlərindən olan “Karvan”ın əsl sahibi heç də Ağamirzə Əhədov deyil.  Məlumatda bildirilir ki, “Karvan” əvvəllər Sumqayıtın kolxoz bazarı kimi fəaliyyət göstərib. Sonradan isə A.Əhədov müəyyən yollarla həmin ərazini bir az da artıraraq onun yerində hər ay milyonlarla manat gəlir gətirən ticarət mərkəzi inşa etdirib.
Məlumatda bildirilir ki,  A. Əhədov  vaxtilə sabiq prezident Ayaz Mütəllibovun qatı tərəfdarı olub və onun o zaman  – Mütəllibov Corat məscidində olarkən elədikləri hələ də sumqayıtlıların yadından çıxmayıb. AXC-Müsavat iqtidarı dövründə isə  A. Əhədovun qanunsuz əməlləri təftiş olunub və bazar onun əlindən alınaraq o dövrdə “Mebel Mais” kimi tanınan başqa bir iş adamına verilib və bu iş məhkəmə çəkişməsinə qədər uzanıb.
Nəticədə isə əslən Ucar rayonundan olan A. Əhədov o dövrdə hakimiyyətin üst düzeyində təmsil olunanlarla  çox yaxşı münasibətləri olan həmyerlisi Adil Minbaşının  vasitəsilə yenidən bazara sahiblənə bilib.
Bu məsələnin üzərindən illər keçdikdən sonra bazarın yenidən A. Əhədovdan alınması məsələsi gündəmə gəlib. Bu dəfə isə A. Əhədov başqa bir həmyerlisinə – nəqliyyat naziri Ziya Məmmədova sığınıb. Məlumatda bildirilir ki, Z.Məmmədov A.Əhədova bu məsələdə “krışalıq” etməyə razılaşıb. Amma öz şərtlərini də irəli sürüb.
Tərəflər arasında razılaşma belə olub ki, Sumqayıt kolxoz bazarının yerində inşa edilən “Karvan” Ticarət Mərkəzi faktiki olaraq Z. Məmmədovun olur, A. Əhədovsa oranı işlədərək, hər ay gələn gəlirdən faizini götürür.
Elə ticarət mərkəzindəki ticarətçilər də A.Əhədovu “faizli xozeyin” kimi tanıyırlar. Amma son vaxtlarda ard-arda iki dəfə ticarət mərkəzində güclü yanğının baş verməsi və onlara dəyən zərərin əvəzində adekvat kompensasiya ala bilməmələri orada fəaliyyət göstərən ticarətçiləri narahat edir. Üstəlik, onlar baş verənlərin A.Əhədova qarşı olduğunu yox, Z.Məmmədovla əlaqədar olduğunu düşünürlər. Ticarətçilər bu yanğınları təsadüfi və hansısa nasazlıq ucbatından baş vermədiyini deyirlər.
Bu yanğınların qəsdən törədilməsi ehtimalını A.Əhədov da hadisə ilə bağlı danışarkən dilə gətirib.
Ticarətçilərin də dediklərindən belə anlaşılır ki, nəqliyyat nazirinin böyük bir obyektini ard-arda yandırmaqla bir növ ona göz dağı verirlər.
Bunun arxasında hansı qüvvələrin dayandığı isə Z.Məmmədovun özünə bəlli olsa da, hələlik nə “Karvan”dakı ticarətçilərə, nə də mətbuata bəlli deyil.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təzəpirə zəncir keçirilməsi qadağan olunub, amma…

Next Post

Yeni il bayramında 5 gün iş olmayacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Yeni il bayramında 5 gün iş olmayacaq

Avropa Şurası baş katibinin Azərbaycana arxadan vurduğu zərbə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.