Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb.
Elchi.az xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayev aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri, 1993-cü il təvəllüdlü Xəyyam Qılman oğlu Rəsulov və 1998-ci il təvəllüdlü İsrail Qılman oğlu Rəsulov tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...






