"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlanlar pulla tutulsun- TƏKLİF

19 Oktyabr 2017 - 09:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.

İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: “Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-in razılıq məktubu əsasında İnstitutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda İnstitutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.

Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin: “Bunun üçün İnstitutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Həmin müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.

E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: “İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirilər”.

Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artması qənaətinə gəlirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dolların sabaha olan məzənnəsi

Next Post

Elektron imzalar bu şəxslərə pulsuz veriləcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Elektron imzalar bu şəxslərə pulsuz veriləcək

Çətin sualların asan cavabı olmur…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.