"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlhamə Quliyeva onu öldürmək istəyən köməkçisinin videosunu yaydı – FOTOLAR, VİDEO

17 Oktyabr 2015 - 15:40
in ŞOU-biznes
İlhamə Quliyeva onu öldürmək istəyən köməkçisinin videosunu yaydı  -  FOTOLAR, VİDEOXalq artisti İlhamə Quliyeva oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirib.

 
Musavat.com-un verdiyi xəbərə görə konfransda xalq artisti evində köməkçi işləmiş Mehriban Hüseynovanın ona qarşı əməllərindən danışıb. İlhamə Quliyeva köməkçisini onun adından saxta vəsiyyətnamə yazdırıb var-dövlətini ələ keçirmək istədiyini və damarına zəhərli və psixotrop dərmanlar qatmaqla, onu öldürmək istədiyini deyib:  ““Oğlumun dostu ilə dil tapıb, ona deyib ki, İlhaməni öldürmək istəyirəm, mənə zəhər tap. Deyirmiş, onun var-dövləti mənə qalsın. Oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kiçik kamera qoyun. Mən psixotrop dərmanları soyuducudan tapdım. Onun evimdə olduğu müddətdə özümü çox pis hiss edirdim. Sən demə, yeməyimə dərman qatırmış. Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Bundan başqa, evimdən qızıllarımı, bahalı xəz paltolarını oğurlayıb. Evimdə cadu edib, qıfıllar asıb. O, bu işləri başqalarının da başına gətirib. Evimdə cürbəcür xoşagəlməz, biabırçı düyünlər, fal əşyaları çıxıb. Divardan asılan şəkillərin arxasından, yatağımın içindən, alt hissələrindən çoxlu sayda cadular tapılıb. İndi hazırda bütün bunların təmizlənməsi gedir evimdə”.
Xalq artisti köməkçisinin dələduzluğu barədə əlində dəlil sübutlar, səs yazmaları, video görüntüləri olduğunu deyib və görüntülərdən birini mətbuata orqanlarına təqdim edib.
Qeyd edək ki, təqdim edilən video görüntüdə Mehriban Hüseynovanın yalvarması, gördüyü işlərdən peşiman olduğunu deməsi və s. faktlar var.
İlhamə Quliyeva başına gələnlər barəsində Bakı Şəhər Baş Polis İdarəsinə müraciətlər etdiyini, lakin aidiyyatı orqanların hansısa səbəbdən məsələni ört-basdır etdiyini də vurğulayıb:
“Polis əməkdaşları məndən 3-4 dəfə izahat alıblar. Demişdilər ki, onu həbs edəcəklər. Hətta mən dedim ki, onun ölkədən çıxmasına “stop” qoysunlar. Polislər mənim başımın altına yastıq qoyub deyirdilər ki, guya onu Kürdəxanıya göndəriblər. Bəs necə olur ki, bu adam şəhərdə rahat gəzə bilir? İdarənin əməkdaşları bu məsələyə niyə biganə yanaşır? Demək ki, burda başqa fırıldaqlar var, hansısa zəncirvari oyun gedir”.
Xalq artisti köməkisi tərəfindən hücuma məruz qaldığını deyib:
“Bir neçə gün bundan əvvəl bağıma dincəlməyə getmişdim. Gecə bağdan qayıdanda 99 cj-832 dövlət nömrə nişanlı ağ “Chevrolet” maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları ora yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 ZC-433 dövlət nömrə nişanlı qara “Ford” markalı avtomobili üstümüzə sürdülər. Dedilər ki, guya hüquq-mühafizə orqanlarının işçiləridir. Mən avtomobilimdən düşəndə məni görən kimi başladılar üzr istəməyə. Maşınlara minib siçan kimi qaçdılar”.
Xalq artisti prezidentə və aidiyyatı orqanlara müraciət göndərəcəyini deyib:
“Mən bu məsələni belə qoymayacam. Ramil Usubovun köməkçisinə olayla bağlı telefonda izahat vermişəm. İnanıram ki, dövlətim məni qoruyacaq”.
Qeyd edək ki, Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Abbas olayla bağlı musavat.com-a açıqlama verərək bildirmişdi ki, xalq artistinin hər hansı izahatı və ya şikayət ərizəsi İdarəyə daxil olmayıb:
“Bakı Şəhər Baş Polsi İdarəsində nəinki İlhamə Quliyevanın, ümumiyyətlə, hər hansı bir xalq artistinin şikayət ərizəsi yoxdur. Tam əminliklə deyə bilərəm ki, İdarənin Təhqiqat Şöbəsinə belə bir ərizə daxil olmayıb”.
Həmçinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov  “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, xalq artisinin başına gələnlər barəsində mətbuatdan məlumat alsa da nazirliyə olayla bağlı heç bir məlumat daxil olmayıb
 
Xalidə Gəray









Bunu da oxuyun

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Oğurlandığı deyilən şairdən xəbər var

Next Post

DİN: Yol qəzalarında bir gündə 6 nəfər ölüb

Bənzər yazılar

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

24 Fevral 2024 - 18:30

Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib. Elchi.az xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan...

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

03 Dekabr 2023 - 18:42

Müğənni Aysun İsmayılova məclislərin birində onunla foto çəkdirmək istəyən şəxsə maraqlı reaksiya verib. Müğənni həmin şəxslə özü arasında sərhəd quraraq,...

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

27 Noyabr 2023 - 12:27

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib. Elchi.az axşam.az-a istinadən bildirir ki, o, anasının...

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

22 Oktyabr 2023 - 22:30

Türkiyəli aktyor Akın Akınözünün “Aile albümü” serialındakı tərəf müqabili bəlli olub. Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində...

Next Post

DİN: Yol qəzalarında bir gündə 6 nəfər ölüb

​Azərbaycanda “YouTube”un videoplatformanın lokal versiyası istifadəyə verilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.