"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyevə MÜRACİƏT EDİLDİ

03 Avqust 2022 - 11:33
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Azərbaycanın hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

Elchi.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları geniş miqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənməklə, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilməsi, 7450 nəfər müharibə əlilinə minik avtomobili verilməsi, ümumilikdə 330 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması və digər tədbirlər onlara göstərilən qayğının bir nümunəsidir.

Həmçinin Vətən müharibəsi zamanı sağlamlığını itirən hər bir əsgər və zabitimizin müalicəsi, onların reabilitasiyası, onların yenidən cəmiyyətə inteqrasiyası üçün aparılan mühüm və ardıcıl işlər Sizin müharibə iştirakçılarına qayğıkeş, həssas münasibətinizdən irəli gəlir.

Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin artırılması üçün ötən dövrdə mühüm addımlar atılıb, xüsusilə son illərdə bu istiqamətdə ciddi artımlar tətbiq edilib. Müharibə veteranlarının Prezidentin aylıq təqaüdləri ilə əhatə olunmaları təmin olunmaqla, onlar və şəhid ailələri ilə bağlı aktiv məşğulluq proqramları da genişlənib.

Sizin şəhid ailələrinə xüsusi qayğınız nəticəsində hələ 2019-2020-ci illərdə mühüm sosial proqram – 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edildi və bu da şəhid ailələrinə daha bir dəstək oldu.

Bu gün isə Sizin Fərmanınızla növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı.

Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat. Həmin qərar minlərlə müharibə əlili olan vətəndaşlarmıza, onların ailələrinə böyük dəstəkdir.

Bu qərar həm də onu göstərir ki, istər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.

Möhtərəm Ali Baş Komandan!

Sizə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətə görə hərbi yönümlü qeyri-hökumət təşkilatları adından təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq! Bildiririk ki, bizlər Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq”.

Müraciəti “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin sədri Füzuli Rzaquliyev və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” ictimai birliyinin sədri Emin Həsənli imzalayıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çinlə Tayvan arasındakı gərginlik “Apple” istehsalını azalda bilər

Next Post

Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

Lavrov Ukraynanı İstanbul görüşündəki müddəalardan kənara çıxmaqda ittiham edib

Lavrov Pelosinin Tayvana səfərini ABŞ-ın Ukraynaya yanaşması ilə müqayisə edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.