"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev: “500-dən çox müasir xəstəxana inşa edilib”

12 Noyabr 2015 - 17:24
in XƏBƏR LENTİ

Prezident İlham Əliyev BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib.

AzNews.az xəbər verir ki, BMT ilə uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Mərhum prezident Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak etdiyini xatırlayan Babatunde Osotimehin ölkənin insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ölkənin əlverişli coğrafi mövqeyinə və əldə etdiyi uğurlara toxunan qonaq Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib. Təmsil etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Babatunde Osotimehin birgə proqramların hazırlanılmasının və BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkəmiz ilə təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını deyib.

Dövlət başçısı ölkəmiz haqqında və əldə olunan nailiyyətlərlə bağlı dediyi xoş sözlərə görə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib. Sosial siyasətin icra olunmasında iqtisadiyyatın rolunu xüsusi qeyd edən dövlət başçısı bildirib ki, güclü iqtisadiyyat olmadan sosial proqramların həyata keçirilməsi mümkün deyilib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb. Səhiyyə sahəsində islahatlara toxunan dövlət başçısı ölkədə 500-dən artıq müasir xəstəxananın inşa olunaraq ən yeni tibbi avadanlıqla təchiz edildiyini, hər il milyonlarla insanın pulsuz tibbi müayinə olunduğunu vurğulayaraq bütün bunları ölkədə həyata keçirilən sosial siyasətin əhəmiyyətli bir hissəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib.

Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı Prezident İlham Əliyevə təqdim edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana keçən erməni geri qaytarıldı

Next Post

Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir?

Azərbaycanda yeni növ gürzə tapılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.