"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev Ankaradan kimlərə mesaj verdi? – ŞƏRH

17 Mart 2016 - 10:19
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Ankaraya işgüzar səfər edib. Səfər çərçivəsində ölkə başçısı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əvvəlcə təkbətək görüş baş tutub. Daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib. İclas başa çatdıqdan sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən 6 sənəd imzalanıb.

Mətbuata bəyanatla çıxış edən prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını bəyan edib:

“Biz bu gün türk xalqının yanındayıq. Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq. Biz əminik ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, türk xalqını sarsıdıb haqq yolundan döndərə bilməz. 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, dayanıqlıq göstərir. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında ən yaxın dövlətlərdir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik”.

Bu gün sənədlərin imzalanması, danışıqlar bir daha bunu sübut edir. Türkiyənin dünyadakı rolu, mövqeyi möhkəmlənir.Türkiyə nə qədər güclü olsa, biz də bir o qədər güclü olacağıq. Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olub. Bu dəstək bu gün də göstərilir. Türkiyənin bizə göstərdiyi dəstək çox önəmlidir. Türkiyə nə qədər güclü olsa, biz də güclüyük. Bizim gücümüz birlikdədir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın dəstəyini unutmayacağını bildirib:

“Türkiyəyə verdiyi dəstəyə görə, Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edirəm. Hamımızın yasa qərd olduğu, canımızın acıdığı məqamda Azərbaycandan uzadılan dostluq əli, göstərilən qardaşlıq millətimiz tərəfindən hər zaman şükranla anılacaq. Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan xalqı türk xalqının yaşadığı bu acıları paylaşır, bizim kimi onlar da bu acını ürəklərində hiss edirlər”.

Prezident İlham Əliyevin səfərini şərh edən millət vəkili, siyasi icmalçı Sahib Alıyevin sözlərinə, Ankaraya səfəri Azərbaycanın ən çətin günlərində Türkiyənin yanında olduğunu göstərdi. Deputatın fikrincə, səfərin nə vaxt gerçəkləşdirildiyi vurğulanarkən daha çox Ankarada törədilən terror faktı qabardılır. Ancaq məsələnin başqa bir tərəfi də var.

“Cənab İlham Əliyev məhz Ankaraya səfər getdiyi gün Vladimir Putinin əmriylə Rusiya qoşunlarının Suriyadan çıxarılmasına başlandı. Bu isə o deməkdir ki, Türkiyə ilə Rusiya arasında korlanmış əlaqələrin bərpası üçün müəyyən zəmin yaranır”.

S.Alıyevin fikrincə, iki ölkə arasında korlanmış əlaqələrin bərpasında Azərbaycan qədər maraqlı olan ölkə yoxdur.

“Hər iki tərəfin etibar etdiyi və sözünün üstündə duran lider kimi yanaşdıqları prezident İlham Əliyev qədər bu missiyanın öhdəsindən gələcək kimsə çətin tapılsın.

İkitərəfli əlaqələrin daha da genişləndirlməsi və dərinləşdirlməsiylə yanaşı, mənə elə gəlir ki, dövlət başçımızın Türkiyə səfərində bu məsələdə diqqət mərkəzində olub. Hətta ola bilsin ki, ondan belə bir missiyanı üzərinə götürməsi xahiş edilib”.

Millət vəkili, politoloq Elman Nəsirov isə qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Türkiyəyə səfəri xüsusi özəlliyi ilə seçilir: “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 2010-cu ildə yaradılarkən, əldə olunan razılaşmaya əsasən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Bakıda keçirilməli idi. Artıq ikinci dəfədir ki, Türkiyəni hədəf alan terrorçu qruplaşmalar Rəcəb Tayyib Əroğanın Azərbaycana səfərini qarşısını almağa çalışdı. Belə vəziyyətdə güman edirdilər ki, iclasın keçirilməsi təxirə salınacaq. Eyni zamanda bu amildən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərində də müəyyən gərginlik yaratmağa çalışırdılar. Lakin Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri belə çirkin niyyətlərin üstündən xətt çəkdi”.

E.Nəsirov deyib ki, prezidentin Ankara səfəri ulu öndər Heydər Əliyevin bir millət iki dövlət fikirini bir daha təsdiqlədi: “Həmçinin, Azərbaycanın Türkiyənin ən ağrılı günlərində yanında olduğunu dünyaya göstərdi. Eyni zamanda bu qanlı terror aktını törədənlərə, onları himayə edənlərə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və onu pozmaq cəhdlərinin baştutma əmsalı sıfıra bərabərdir”.

“Səfər hər iki dövlətin çox mühüm məsələlərdə ortaq mövqedən çıxış etdikləri həqiqətini bir daha üzə çıxardı. Xüsusilə, enerji sahəsində, nəqliyyat sferasında, yükdaşımalar sahəsində, kənd təsərrüfatı, turizm və digər bu kimi layihələrdə ortaq xəttin olduğu bir daha təsdiqini tapdı. Hər iki dövlət qarşılıqlı investisiya qoyuluşunu 13 milyard dollardan 20 milyard dollara qədər artırmaq, həmçinin TANAP layihəsinin vaxtından əvvəl reallaşdırılması ilə bağlı razılıq əldə etdilər”, -deyə millət vəkili Ankara səfərini şərh edərkən bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə Nazirliyi Xramçixinə cavab verdi

Next Post

Rauf Mirqədirov azadlığa çıxdı, atasının məzarını ziyarət etdi və evə getdi – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rauf Mirqədirov azadlığa çıxdı, atasının məzarını ziyarət etdi və evə getdi - FOTOLAR

Aqramunt Əliyevin əfv fərmanını alqışladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.