Elchi.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir.
“Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm”, – deyə prezident İlham Əliyev bildirib.




