Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Elchi.az xəbər verir ki, mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş idmançıların bir qrupuna və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim edib.
Mənzil alan idmançılar arasında K-1 döyüş növü üzrə bir neçə nüfuzlu turnirlərin qalibi olan Zabit Səmədov və cüdo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Hidayət Heydərov da var.



