"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev hər an müharibə əmri verə bilər

24 Fevral 2015 - 11:24
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Asəf Quliyev

I Avropa Oyunları dövrünə təsadüf etsə belə uyğun şərait yaranan kimi Azərbaycan müharibəni başlayacaq.197279_1978315501871_1582849_n

Azərbaycanın Qarabağ problemində mövqeyi hamıya bəllidir – Ermənilərin Dağlıq Qarabağda yaşamaq haqqını tanıyan və onlara ən yüksək muxtariyyət vəd edən rəsmi Bakı ərazi bütövlüyü məsələsində heç bir güzəştin olmayacağını da bəyan edib və edir. Sözsüz ki, Azərbaycanın bu mövqeyindən doğan ardıcıl strateji xətti də var. Ermənistanı iqtisadi təcrid vəziyyətinə salmaq, hərbi qüdrəti artırmaq və imkan düşən kimi ərazi bütövlüyünü bərpa etmək.

Azərbaycanın bu mövqeyinin beynəlxalq güc mərkəzləri tərəfindən qəbul olunmaması da bir fakt olaraq gündəmdədir. Beynəlxalq güclərin yanaşmasında müşahidə olunan ən eybəcər hal ondan ibarətdir ki, Ukrayna məsələsində müxtəlif mövqelərdə dayanan ABŞ və Rusiya Dağlıq Qarabağ problemində eyni mövqedən çıxış edirlər. Hər iki güc mərkəzi Dağlıq Qarabağ rejimini tərəf kimi tanımağı tələb edir, hər iki güc mərkəzi məsələnin hərbi yolla həllinin olmamasını dönə-dönə təkrar edir və sairə.

Sözsüz ki, Azərbaycanın mövqeyinə nə qərb, nə də şimal seyrçi qalmır. Və zaman-zaman müxtəlif təhdidlər ortaya qoyulur. Son vaxtlar müşahidə olunan bu tendensiyalar xüsusi çalarlarla ortaya atılır.

 

Dağlıq Qarabağ erməniləri – icma, yoxsa?..

Azərbaycanın Dağlıq Qarabağı tərəf kimi tanımasına edilən cəhdlərin növbəti mərhələsinə artıq start verilib.

Bunun əsas əlamətləri ilə bağlı hamının bildiyi və ancaq ekspertlərə bəlli olan məqamları diqqətinizə çatdırım:

BİRİNCİSİ:
Fevralın 10-da Avropa Birliyinin (AB) Güney Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber İrəvana səfəri çərçivəsində burada Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb və danışıqlar aparıb. Görüşdən sonra avropalı diplomat belə bir bəyanat da verib: “Biz Dağlıq Qarabağın nümayəndələri ilə dialoqu mütləq davam etdirəcəyik”.

Bu bəyanatı Herbert Zalber İrəvanda verib və aydın məsələdir ki, o məhz Dağlıq Qarabağın erməni icmasını nəzərdə tutur. Bəs Dağlıq Qarabağın azərbaycanlı icması?

Son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icmasının oyundan kənar vəziyyətə salınması göz qabağındadır.

Bu yerdə bir həqiqəti ehtiva edən haşiyəni diqqətinizə çatdırmağı lazım bilirəm. Erməni tərəfi ilə görüşlərdə aktiv iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin yaxşı tanıdığı əslən Dağlıq Qarabağdan olan Geqam Baqdasaryana avropalı müşahidəçilərin də iştirak etdiyi görüşdə belə bir sual verdim: “Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlıların Kərkicahana və yaxud da Malıbəyliyə geri dönüşü, orada yaşamaq hüququ barədə nə düşünürlər?”

Geqam Baqdasaryan bu suala çox səmimi bir cavab verdi: “Bu barədə ümumiyyətlə düşünmürlər”.

Əslində ermənilərin bu cür münasibəti məni təəccübləndirmədi. Məni təəssüfləndirən isə bölgədə sülh və qarşılıqlı inamdan danışan beynəlxalq təşkilatların diqqətinizə çatdırdığım bu reallığı nəzərə almamağıdır.

İKİNCİSİ:
Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərindən sonra verdiyi bəyanatı bir daha yadınıza salım: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər”.

Beləliklə, beynəlxalq vasitəçilərin leksikonunda yeni ifadə – Dağlıq Qarabağın de-fakto rəhbərliyi.

Bunun nəyə hesablandığı aydındır. İndi maraqlı qüvvələr Dağlıq Qarabağ icmasını danışıqlar masasına oturtmaq istəyir. Azərbaycan isə təbii ki,  bunu qəbul etmir.

ÜÇÜNCÜSÜ:
Bu günlərdə Azərbaycana sülh missiyası ilə gəldiyini elan edən beynəlxalq təşkilatlardan birinin hesabatı ilə tanış oldum. Mənim marağıma səbəb olan ən maraqlı məqam məhz həmin təşkilatın hesabatında da bənzər ifadələrin yer alması idi – Dağlıq Qarabağın de-fakto Milli Məclisi, de-fakto Dağlıq Qarabağ Respublikası və sairə.

İkinci və üçüncü əlamətlərin eyni zamanda ortaya çıxmasını təbii ki, kimsə təsadüf adlandıra bilər. Amma bu heç də təsadüf deyil. Ermənilərin arzularının ifadəçisi olan bəzi beynəlxalq mərkəzlər artıq Dağlıq Qarabağın tanıdılmasına start verib.

Əlbəttə Azərbaycana qarşı bu təzyiqlər rəsmi Bakının sərt mövqeyi ilə müşayiət olunur. Və bu sərtliyin ən bariz nümunəsi haqlı olaraq Azərbaycanın hərbi qüdrətini artırmasıdır.

Azərbaycanın belə sərt mövqeyi başqa bir təhdidlə müşayiət olunur.

 

Müharibə hədəsi

Prezident İlham Əliyevin Azərbaycanın hərbi qüdrətinin artırılması üçün atdığı addımlar həm ABŞ-da, həm Avropada, həm də Rusiyada neqativ reaksiya doğurur. İlk baxışda bunu normal hesab etmək olardı. Amma nəzərə alaq ki, Azərbaycan ərazilərinin silah gücünə nəzarət altında saxlanılmasına, yəni işğal faktına göz yumulur. Əvəzində Azərbaycanın ərazilərinin silah gücünə azad olunması qəbuledilməz hesab edilir. İkili standartın bariz nümunəsi.

Amma təhdidlər bununla bitmir. Azərbaycanı müharibədən çəkindirmək istəyi vaxtaşırı müharibə xəbərdarlıqları ilə müşayiət olunur.

Tomas de Vaalın dekabrın 18-də Beynəlxalq Sülh Üzrə Karnegi Fondunda “Dağlıq Qarabağ münaqişəsi və Madrid prinsiplərinin gələcəyi” mövzusunda keçirilən dinləmələrdən sonra verdiyi müsahibədən:
“Biz avqust ayının əvvəlində atışmaların və təmas xəttinə yaxın olan Ermənistan helikopterinin vurulmasının şahidi olduq. Hər iki hadisə narahatedici idi. Mən düşünürəm ki, hər iki halda siyasi qərar gərginliyi sona çatdırmaq oldu. Və bu yaxşı haldır. Siyasi iradə qalib gəldi. Amma biz yenə də arxayınlaşmamalıyıq, çünki yenidən belə bir hadisə baş verdiyi zaman bu gərginliyin artmasına səbəb ola bilər”. 

Rusiya Hərbi Politoloqlar Birliyinin üzvü və siyasi elmlər namizədi Aleksandr Perejniyev:
“2015-ci ildə çox geniş miqyaslı müharibənin başlanması ehtimalı da yüksəkdir. Niyə? Birincisi, təhlükəsizliyi təmin edən beynəlxalq və Avropa təhlükəsizlik sistemləri artıq çöküb.  Bütün bunları Liviya, Suriya, Ukrayna və digər başqa bölgələrdə baş verən hadisələr də sübut etdi”.

Bu tipli proqnozların artması son vaxtlar tez-tez müşahidə olunur. Sözsüz ki, bu tipli proqnozların arxasında məqsədlər dayanır.

Birincisi: Azərbaycan düşmənə tutarlı cavab verməkdən çəkindirilir.

İkincisi: Regionda marağı olan qüvvələr rəqiblərini gözdən salmağa çalışır.

Və bütün bunlar status-kvonun davam etməsi ilə nəticələnir.

 

Nəhayət son “xəbərdarlıq”

Londondakı Sülh və Müharibə İnstitutundan Con Makleodın ABŞ-ın nüfuzlu “Newsweek” jurnalına müsahibəsindən: “Vəziyyət olduqca pisdir və hazırda təmas xəttində insidentlərin sayı artıb. Həmişə təhlükə var ki, tərəflərdən biri xətti keçəcək və bu, meşə yanğını kimi hər yerə yayılacaq. Və siz xəbər tutana qədər orada müharibə başlayacaq”.

2015-ci ilin yayında Azərbaycanın çox mühüm bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyi bəllidir. I Avropa Oyunları. Hamı bu tədbirin Azərbaycan üçün əhəmiyyətini yaxşı dərk edir. Rəsmi Bakının bu oyunlara verdiyi önəmin də əlavə şərhə ehtiyacı yoxdur. Və elə bu ərəfədə istər qərbdən, istərsə də şimaldan müharibə təhdidləri səngimir.

Məsələnin ən diqqət çəkən məqamı isə bütün bu hədə və təhdidlərə Azərbaycanın cavab reaksiyasıdır.

Rəsmi Bakı hərbi yolla ərazi bütövlüyünün bərpasının mümkünlüyünü daima təkrarlayır. Və Rusiyanın Azərbaycanı bu istəkdən birdəfəlik daşındırmaq üçün düşündüyü plan (əslində tələ – A.Q.) Kazanda fiaskoya uğradıqdan sonra Prezident İlham Əliyevin hərbi ritorikasının daha da sərtləşməsi və bunun hərbi quruculuqda inkası sözsüz ki, müəyyən əks-səda doğurur.

Çoxları hesab edir ki, Azərbaycanı müharibədən iştirakçısı olduğu iri beynəlxalq layihələr çəkindirir. Amma bu belə deyil. Bu reallığı erməni tərəfi də bilir.

Ötən ilin yayında verdiyi müsahibədə erməni politoloq  Ayk Martirosyan maraqlı bir fikir söyləmişdi:
“Bakının neft-qaz kəmərlərinə görə hərbi əməliyyatlara başlamayacağı haqda deyilənlər yalançı özünü sakitləşdirmə nəzəriyyəsindən savayı bir şey deyil. Azərbaycanı müharibədən çəkindirən neft-qaz sektoru yox, zamandır. Nə vaxt ki, bu ölkə uğurlu momenti düzgün seçdiyinə, öz ordusunun hazırlığına əmin olacaq, müharibə mütləq başlayacaq. Müharibə əfsus ki, qaçılmazdır”.

Elə indi də, Azərbaycan I Avropa Oyunlarına hazırlaşdığı ərəfədə Azərbaycan öz hərbi ritorikasından vaz keçmir.  Bu hərbi ritorika həm də Silahlı Qüvvələrin döyüş hazırlığının və maddi-texniki bazasının yüksəldilməsinə hesablanmış addımlarla müşayiət olunur. Və gedən proseslər göstərir ki, doğurdan da Azərbaycan uyğun şərait yaranacağı an müharibəyə başlaya bilər. Uyğun beynəlxalq şərait I Avropa Oyunları dövrünə təsadüf etsə belə. Əslində bu Silahlı Qüvvələrin Ali Baş komandanının iradəsinin ifadəsidir.

Bugun.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollarla krediti və manatla əmanəti olanlara iqtisadçı məsləhəti

Next Post

Azərbaycanda 3 min nəfərin maaşı artırıldı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycanda 3 min nəfərin maaşı artırıldı

SOCAR əhaliyə müraciət etdi: "Aldanmayın!"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.