Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Report-un xəbərinə görə, ziyarətdə dövlət xadimləri və ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.




