"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham ƏLİYEV: “Mənim Ermənistana mesajım budur: İşğala son qoyun!” – YENİLƏNİB – FOTOSESSİYA

08 Fevral 2015 - 13:08
in MANŞET
“Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır?a6d645a80fe2f63fc19683b549ecbbe0 Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin”

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusundakı paneldə iştirak ediblər.

 

APA-nın xəbərinə görə, prezident İlham Əliyev paneldə çıxış edib, daha sonra sualları cavablandırıb.

 

“Vestnik Kavkaza” agentliyinin məlumatına görə, tədbirdə iştirak edən Ermənistan nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham edib.

 

 

Azərbaycan prezidenti isə  bildirib ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: “Onlar bizim əraziləri işğal ediblər, beynəlxalq hüququ pozublar, Xocalıda soyqırım törədiblər, bizim tarixi və dini abidələrimizi məhv ediblər və bundan sonra günahı bizim üstümüzə atırlar. Lakin məsələ ondan ibarətdir ki, erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoyAğdama getməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuzda elə də çox adam qalmayıb. Bəs siz Ağdamda, Füzulidə nə edirsiniz?”

 

 

Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirilməsi ilə bağlı konkret misal da çəkib. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Sarkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: “Sentyabrda isə Kerri Ermənistana prezidenti və mənim aramda danışıqlar raundu təşkil edib . Nəhayət, oktyabrın sonunda prezident Olland bizi Parisə dəvət etdi. Burada mən deyərdim ki, əla, çox konstruktiv görüş oldu. Hər iki tərəf, o zaman bu görüşün uğurlu olduğunu bəyan edərək, qoşunların təmas xəttində gərginliyin azalmasına səy göstərəcəklərini vəd etdilər. Bəs sonra nə baş verdi? On gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Ermənistan tərəfinin məlumatına görə təlimlərə 47 min hərbçi cəlb olunmuşdu. Onlar işğal olunmuş ərazilərdə hərbi texnika, aviasiya, helikopterlərdən istifadə etməklə manevrlər həyata keçirirdilər. Üç gün bizim ordu səbr nümayiş etdirərək, heç bir reaksiya vermədi, lakin sonradan ermənilər Mİ-24 döyüş helikopterləri vasitəsilə Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdilər. Bizim ordumuz cavab verməli oldu, helikopterlərdən biri vuruldu və bu Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu. Yəni, onlar təxribat törədərək gərginliyin azaldılmasına bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizlik nümayiş etdirdilər. Onlar düşünürlər ki, onlara nə sərf edirsə, onu edə bilərlər və heç kim onları cəzalandırmayacaq. Bu onların davranışının əsas səbəbidir. İndi də eynilə günahı Azərbaycanın üstünə atırlar və “atəş açmayın” deyirlər. Beləliklə, mənim Ermənistana mesajım budur: İşğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Fizulidə olmasıdır”.

 

Qeyd edək ki, panel Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilib. Müzakirələrdə Serbiyanın baş naziri Aleksandr Vuçiç, Gürcüstanın baş naziriİrakli Qaribaşvili, Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbi xidmətdə yenilik

Next Post

Röya Ayxan geyim brendinin adını açıqlayıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Röya Ayxan geyim brendinin adını açıqlayıb

Xalq artisti özünü necə təhqir etdi?..

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.