"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev Sərkisyana sərt və qəti cavab verdi – Şərh

23 Sentyabr 2017 - 11:43
in XƏBƏR LENTİ

Artıq siyasi danışıqlar öz gücünü itirib. Danışıqların hər hansı nəticə verəcəyini gözləməyə dəyməz. Serj Sərkisyan və onun komandası hakimiyyətdə olduğu müddətdə müharibə qaçılmaz olacaq.

Bu sözləri Axar.az-a Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu Yorkda keçiriləcək bugünkü görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu görüşdən problemin həllinə dair hər hansı gözləntilərə ümid etməyə dəyməz:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“İlkin olaraq, Ermənistan Prezidenti Serj Sərkisyanın son günlər səsləndirdiyi fikirlər, Azərbaycana dair açıq-aydın hiss edilən aqressiya onu göstərir ki, Ermənistan ümumiyyətlə sülh danışıqları ilə bağlı müzakirələrə hazır deyil. Nyu Yorkda Baş Aassembleyada çıxışı zamanı Sərkisyan son dərəcə qərəzli ifadələr səsləndirib, yalan faktlarla Azərbaycanı günahlandırmağa çalışdı. Hazırda Ermənistan rəhbərliyinin məsələnin həlli ilə bağlı heç bir gedişi, məramı və niyyəti yoxdur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Sərkisyanın bu sözlərinə sərt və qəti cavab verdi, əsaslı dəlillər gətirərək onun iddialarının əsassız olduğunu dünya ölkələrinin liderlərinin diqqəıtinə çatdırdı. İlham Əliyev Ermənistanı ciddi şəkildə xəbərdar edərək, torpaqların güc yoluyla qaytarıla biləcəyini də istisna etmədi. Bu, açıq-aydın göstərir ki, Ermənistanla danışıqlar yolu ilə dil tapmaq artıq mümkünsüz hal alıb. Ona görə də çox güman ki, bu, texniki görüş olacaq”.

Politoloq qeyd edib ki, Ermənistanın səsləndirdiyi fikirlər bir-birini təkzib edir:

“Bir tərəfdən Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamalar edir, digər tərəfdən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanmasının vacib olduğunu deyir. Erməni tərəfinin hər dəfə bir-birini təkzib edən fikirlər səsləndirməsi problemin sülh yolu ilə həllinin hələ ki, mümkün olmadığını göstərir. Ona görə də Prezident İlham Əliyev təkcə işğalçı dövlət və onun rəhbərliyini deyil, eləcə də həmsədrləri və dünya birliyinin rəhbərlərini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozaraq, həm də dünya nizamına zərbə endirdiyi ilə bağlı xəbərdar etdi. Prezidentin bu xəbərdarlıqlarını ciddi bir siqnal kimi qəbul etməliyik. Çünki prezidentin bu çıxışı Azərbaycan dövlətinin yanaşmasının təməlini təşkil edir”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri sabah Nyu Yorkda görüşəcəklər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sarkisyana qarşı “Milli Müqavimət Cəbhəsi” yaradılır

Next Post

Turistlər Azərbaycanda nə qədər pul xərcləyib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Turistlər Azərbaycanda nə qədər pul xərcləyib

Nyu-Yorkda Əliyev-Sarkisyan görüşü müzakirə olundu - Yenilənib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.