"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

16 Sentyabr 2022 - 10:22
in SİYASƏT

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.
Elchi.az xəbər verir ki bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuz illik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğuladı.
Baş nazir Şahbaz Şərif bu görüşdən məmnunluğunu ifadə etdi, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Prezident Arif Alvinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.
Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. “Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, – deyə Pakistanın Baş naziri qeyd etdi.
Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Si Szinpnlə görüşdü

Next Post

İzyumda kütləvi məzarlıq aşkarlandı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İzyumda kütləvi məzarlıq aşkarlandı

İzyumda kütləvi məzarlıq aşkarlandı

ABŞ Ukraynaya daha 600 milyon hərbi yardım ayırdı

ABŞ Ukraynaya daha 600 milyon hərbi yardım ayırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.