"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev və Berdiməhəmmədov arasında məktub MÜBADİLƏSİ

10 İyun 2022 - 19:44
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb.

Elchi.az xəbər verir ki, məktubda deyilir:

“Bu il biz Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və qardaş Türkmənistan xalqına ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin ötən dövr ərzində dinamik inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynamışdır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə səmərəli işbirliyimiz ilə müşayiət olunur. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz uğurla davam edir.

Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən illər ərzində ölkələrimiz arasında mənəvi-mədəni dəyərlərin birliyinə, həmçinin hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri, o cümlədən qarşılıqlı faydalı tərəfdaşlıq layiqincə inkişaf edir, davamlı olaraq genişlənir.

Hazırda Türkmənistan və Azərbaycan Respublikası siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.

Zamanın sınağından keçmiş faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün bundan sonra da lazımi səyləri göstərməyə hazır olduğumuzu təsdiq edirik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Next Post

Rayonlarda yağış yağacaq, küləyin sürəti artacaq – XƏBƏRDARLIQ

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Sabah Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Rayonlarda yağış yağacaq, küləyin sürəti artacaq - XƏBƏRDARLIQ

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.