
Bakı şəhərində yaxın vaxtlarda sərnişindaşıma xidmətləri göstərməyə başlayacaq “BakuBus” MMC-nin ilkin mərhələdə paytaxt mərkəzində 16 marşrut üzrə işləməsi gözlənilir.
Report.az-ın məlumatına görə, yaxın gələcəkdə Bakı şəhər Icra Hakimiyyətinin balansında olan “BakuBus”ın gətirdiyi yeni avtobuslar şəhər mərkəzində, ətrafda isə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin avtobusları işləyəcək.
Beləliklə, paytaxtın mərkəzində sərnişin daşınması Nəqliyyat Nazirıiyindən alınaraq Bakı meriyasına verilib.
Bir qədər öncə Bakının daxili yollarının təmiri də Nəqliyyat Nazirliyindən alınıb meriyaya verilmişdi. Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədov nüfuz dairəsində olan Azərbaycan Dəmir Yolları QSC də ondan ayrılaraq hakim elita ilə qohumluq münasibəti quran Cavid Qurbanovun idarəçiliyinə keçib. Görünən budur ki, prezident İlham Əliyev həddən artıq şaxələnmiş Z.Məmmədov klanını cəzalandırmaqda və nüfuz dairəsini məhdudlaşdırmaqda israrlıdır.
(isqtiqlal.az)



