“Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər etməsi diplomatiya tarixində görünməmiş hadisədir”.
Bunu açıqlamasında millət vəkili Yevda Abramov deyib.
Millət vəkili təəssüf etdiyini bildirib ki, Ərdoğanın Azərbaycana səfəri baş tutumadı: “Hər dəfə səfər xəbəri çıxan kimi elə bil ki, gözəgörünməz qüvvələr bunu pozmaqdan ötəri Ankarada terror hadisəsi törətdilər. Bu terror hadisəsi bizim də ürəyimizi ağrıdır. Biz də türk xalqının acılarını bölüşürük”.
Y. Abramov deyib ki, Ərdoğan Azərbaycana gələ bilməsə də, buna qarşılıq olaraq İlham Əliyevin jest edərək Ankaraya səfər etməsi ümumiyətlə diplomatiya tarixində görünməmiş bir hadisədir: “Azdan-çoxdan siyasi elmlərlə məşğul oluruq, amma mən belə jest görməmişdim. Bu bir daha sübut edir ki, biz həqiqətən də bir millət, iki dövlətik. Ədoğan gələ bilmədi, bunun nə eybi var. Onun əvəzində qardaşı ora getdi. Qardaşın çətin günüdə onun yanında oldu. Bununla da biz şad günümüzdə də, çətin günümzdə də bir yerdə olmağı sübut etdik.”
Millət vəkili əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin keçirdiyi görüşlərdə təkcə iki ölkə arasında deyil, eyni zamanda bölgədə və dünyada baş verən prosesləri müzakirə olunub: “İnanıram ki, görüşlərin yekunu olaraq əldə edilən razılaşmalar və imzalanan sənədlər təkcə iki ölkə üçün deyil, ümumiyytlə bölgə və dünyanın digər ölkələrinə xeyir verəcək”.
Millət vəkili hesab edir ki, dünyada indiki siyasi kataklizmlərin baş verdiyi bir məqamda bu iki ölkənin bir yerdə olması və baş verən proseslərə eyni reaksiya verməsi zəruridir.