"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

22 Noyabr 2023 - 19:36
in SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn Brahim Tahanı qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) tədbirində iştirakının önəmini qeyd edərək, Hüseyn Brahim Taha ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirdi. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd etdi.

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik etdiyini deyən dövlətimizin başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdiklərini, bu mövzunun təşkilatın gündəliyində saxlanmasının vacibliyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığnı bildirən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırdı.

Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd etdi. Hüseyn Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransının və Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olundu.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan: G20-nin bu addımı düzgündür

Next Post

İsrail HƏMAS tərəfindən azad ediləcək girovların siyahısını alıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İsrail HƏMAS tərəfindən azad ediləcək girovların siyahısını alıb

İsrail HƏMAS tərəfindən azad ediləcək girovların siyahısını alıb

Sığınacaq axtaran miqrantlar Finlandiyaya uşaq velosipedləri ilə gəliblər

Sığınacaq axtaran miqrantlar Finlandiyaya uşaq velosipedləri ilə gəliblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.