Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində Avropa Futbol Assosiasiyaları İttifaqının versiyasına görə ilin ən yaxşı futbolçusu müəyyənləşib. Elchi.az xəbər verir ki, bu barədə “Lenta.ru”nun müxbiri məlumat yayıb.
İlin ən yaxşı futbolçusu adına “Mançester Siti”nin hücumçusu Erlinq Haaland layiq görülüb. Ötən mövsüm norveçli komanda ilə birlikdə İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını və İngiltərə Kubokunu qazanaraq üçlüyü tamamladı.
İlk üç namizəd arasında iyul ayında Fransanın Paris Saint-Germain klubundan Amerikanın İnter Mayami klubuna keçən Lionel Messi və Haalandın komanda yoldaşı Kevin De Bruyne də yer alıb.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilin baş məşqçisi seçilib. İngiltərə yığmasının baş məşqçisi Sarina Viqman ilin qadın məşqçisi seçilib. “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Aitana Bonmati ilin ən yaxşı qadın futbolçusu seçilib.
Havar Şəfiyeva





