"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlkər Başbuğ: “İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu”

28 İyul 2015 - 11:17
in XƏBƏR LENTİ

İlkər Başbuğ:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyə ordusu baş qərargahının keçmiş rəisi general İlkər Başbuğ “Sözçü” qəzetinə müsahibə verərək Suriya və İraqdakı vəziyyəti analiz edib. Başbuğ bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrindən və müxtəlif bölgələrdəki hərbi bazalarından istifadə etməyə başlamaqla artıq Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatın bir parçasına çevrilib.
Jurnalistin “Öz torpaqlarımızda da həm terror təhlükəsi ilə mübarizə aparırıq, həm də hökumət qurmağa çalışırıq, bu vəziyyətdən doğru çıxış yolunu necə tapacağıq” sualına Başbuğ: “Surucdakı terror aksiyasından sonra gördük ki, Türkiyə toplumunun birləşmək problemi var. Yalnız iki ünvan bizim birliyimizə nail ola bilər: Biri toplumun özü, digəri isə Qurtuluş Savaşında qalib gəlmiş Türkiyə Böyük Millət Məclisi (TBMM)-dir” deyə cavab verib.
Daha sonra Suriyanın şimalında İŞİD-ə qarşı aparılan əməliyyatlardan danışan general bildirib ki, “Türkiyənin İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirakının faydası və zərərlərini yaxşı fikirləşmək lazımdır. Unutmaq olmaz ki, həm Suriya ilə sərhəd boyunca, həm də ölkə içində ciddi  İŞİD təhlükəsi ilə üz-üzəyik. İŞİD-in bu qərara və əməliyyatlara necə cavab verəcəyini də gələcəkdə görəcəyik”.
Daha sonra İŞİD terror təşkilatının necə yarandığından danışan İ.Başbuğ: “Əvvəlcə keçmişə baxaq. 1923-cü il yanvarın 16-da Mustafa Kamal Məclisdəki çıxışında “İngilislər Mosul- Kərkük bölgəsində kürd hökuməti qurmaq istəyirlər. Əgər  niyyətləri baş tutsa, bu, ölkəmizdə yaşayan kürdlərə də təsir edə bilər” demişdi. Bu hal indi də aktualdır. Hazırda biz müstəqil kürd dövlətinin qurulmasına dair ümidlərin reallaşmağa ən yaxın olduğu məqamdayıq.
İŞİD-in qarşısını almaq çox çətinləşib. Siyasi baxımdan bun bacaracaq iki ölkə var: Türkiyə və İran. Müstəqil kürd dövləti necə qurula bilər? Qarşımıza birinci İŞİD çıxır. Hazırda İŞİD-in lideri Bağdadidir. Bu adam 2004-cü ildə Felluce-də amerikalılar tərəfindən həbs olunub, bir neçə aydan sonra azadlığa buraxılıb.  Həmin vaxt həbsxanada,  təxminən, 24 minə yaxın terrorçu vardı və  demək olar ki, hamısı da İŞİD-çi idi. Onların da bir hissəsi azad edilib. Bir də gördük ki, onlar birləşdilər. 2000-ci illərin əvvəllərində biz tez-tez nə deyirdik? Kərkük, Kərkük, Kərkük. Kərkük Barzaninin nəzarətinə keçdi. İndi Mosul İŞİD-in əlindədir, orda  əməliyyat aparmaq haqqında fikirləşirlər, amma aparmırlar. Əgər sabah, ya da yaxın vaxtlarda İŞİD ordan çıxarılsa, Mosul kimin nəzarətinə keçəcək? Yenə Barzaninin. O nə demişdi? “Mosuldan sonra İraqdakı siyasi vəziyyət belə qala bilməz, dəyişiklik olacaq”. Bu barədə fikirləşmək lazımdı”-  deyə söyləyib və İŞİD məsələsindən ən çox kürdlərin qazanacağını vurğulayıb:
“Baxın, İŞİD bir yerə  hücum edir,  oranı alır, sonra terrorçuları ordan qovurlar, həmin bölgəyə kürdlər daxil olur. Bunu da düşünməliyik. Yenə tarixə baxaq. 1923-cü il yanvarında 6-da olmuş Lozanna konfransına. Ora gündəmdə olmayan təklif gətirilir. Kim  tərəfindən? Amerika. Təklif belədi: “Ermənilər üçün daimi yaşayacaqları bir yer tapaq, ora ad verək və həmin bölgəni müdafiə edək. Bunun üçün  Suriyanın şimalını məsləhət görürlər. Təkliflərini belə əsalandırırlar ki, bu yolla Türkiyə və Suriya arasında neytral bölgə qurulacaq. Bəlkə o vaxt ermənilər üçün nəzərdə tutulanlar indi başqaları  üçün nəzərdə tutulur? Yəni Suriyanın şimalı ilk dəfə gündəmə gəlmir. Vəziyyət çox kritikdi. Xəritəyə baxsaq, bu gün Suriyanın şimalında İŞİD-in nəzarətində olan xətt İraqın şimalında kürdlərin nəzarətində olan xətlə birləşə bilər.
Surucdakı hadisə Türkiyənin kürd vətəndaşları ilə dövləti  üz-üzə qoydu. Bəlkə də terror aktını hazırlayanlar  elə buna nail olmaq istəyirdilər. Odur ki, əgər ağılla hərəkət etməsək, İŞİD-ə xidmət göstərmiş olacağıq”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskvadan Bakıya uçan aviareyslər təxirə salındı

Next Post

Ərdoğan: “Koalisiya hökumətinin yaradılması şansı getdikcə azalır”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan: "Koalisiya hökumətinin yaradılması şansı getdikcə azalır"

Qarabağa gətirilən Suriya ermənilərinə “DQR” pasportları paylanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.