UEFA yeni klub reytinqini açıqladı. 
Azərbaycan 454 klubun yer aldığı siyahıda 7 komanda ilə təmsil olunub.
“Neftçi” ötən ayla müqayisədə iki pillə geriləyərək 174-cü yerə düşüb. “Qarabağ” və “İnter” də 2 pillə geriləyib. Ağdam klubu 201-ci, Bakı təmsilçisi 273-cü olub. “Xəzər Lənkəran” (300), “Bakı” (347), “Qəbələ” (371) və AZAL (372) ötən aykı mövqeyini qoruyub.
Reytinq cədvəli klubların avrukoboklarda son beş mövsümdəki (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlayır.



