"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İlk Avropa Oyunlarının Azərbaycana həvalə olunması İlham Əliyevin idmana diqqətinin təzahürüdür”

05 İyun 2015 - 18:59
in CƏMİYYƏT MANŞET

FaiqÖlkəmiz yaddaşlara idman paytaxtı kimi yazılacaq

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

 

Şahmat Federasiyanın vitse-prezidenti Faiq Həsənov AİM.az-a İlk Avropa Oyunlarının tarixi əhəmiyyətindən və Azərbaycana qazandıracağı idman təcrübəsindən danışıb.

Qurum rəsmisi söyləyib ki, Azərbaycanı dünyada tanıtmağın ən yaxşı yolu idmandır. Onun sözlərinə görə, məlum mötəbər tədbirin respublikamızda baş tutması ölkəmizin beynəlxalq nüfuzunu artıracaq:

“Nəinki Avropada hətta bütün dünyada Avropa Oyunları barədə danışılanda ilk olaraq Azərbaycanın adı çəkiləcək. Bundan yaxşı nə ola bilər? Baxın, illər keçsə də, Olimpiya sözünün eşidəndə ilk olaraq Yunanıstanı göz önünə gətiririk. Avropa Oyunları da deyəndə, məhz bizim ölkəmiz xatırlanacaq. Bu o deməkdir ki, əlmatdar yarış ölkəmizi dünyada təbliğ edəcək”.

Müsahibimizin qənaətinə görə, sözügedən möhtəşəm yarışın ölkəmizdə təşkil olunması, Azərbaycanın tərəqqisinin göstəricisidir:

“Doğrudur, ölkəmizdə çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Amma I Avropa Oyunlarının miqyası və imkanları daha genişdir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bununla Azərbaycan idman ölkəsinə çevrildiyini dünyaya sübut edəcək:

“16 gün ərzində hamının diqqəti Azərbaycanda olacaq. Ölkəmiz yaddaşlara idman paytaxtı kimi yazılacaq”.

F.Həsənov vurğulayıb ki, adıçəkilən əlmətdar yarış ölkəmizdə idmana olan marağı daha da yüksəldəcək:

“Əlbəttə, hansısa ölkədə idman tədbiri keçirilirsə, həmin ölkədə idmana maraq güclənir. Bu, bir növ ölkəmizdə idmanın təbliğatıdır. Məsələn, elə idman növləri var, birinci dəfədir ki, Azərbaycanda görürürük. Bu da gənclərimizin yeni idman növləri ilə maraqlanmasına gətirib çıxaracaq. Bir sözlə, idman sahəsinə axın çoxalacaq. Bir faktı nəzərinizə çatdırım. Hansısa rayonda şahmat üzrə yarış təşkil edəndən sonra baxırsan ki, həmin il o bölgədə bu idman növünə gələnlərin sayı artır. Bu baxımdan hesab edirəm ki, oyunlar həm də ölkəmizdə idmanın təbliği baxımından mühüm əhəmiyyət daşıyır”.

Oyunların Avropanın inkişaf etmiş ölkələrinə deyil, Azərbaycana həvalə olunmasına gəlincə, vitse -prezident bəyan edib ki, bu ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının təzahürüdür:

“Bu onu göstərir ki, idman ölkəsi kimi yetişən Azərbaycan Olimpiya oyunlarına da ev sahibliyi etmək əzminədir. Çünki Azərbaycanın son illərdəki tərəqqisi Avropanın digər ölklərində müşahidə olunmur”.

F.Həsənov onu da əlavə edib ki, tədbir ölkəmizdə turizmin də inkişfına müsbət təsir göstərəcək:

“Qonaqlar gəlib, göz oxşayan paytaxtımız, regionlarımız və qonaqpərvər insanlarımızı görəcəklər. Bundan sonra növbəti illərdə Turizm məkanı kimi məhz Azərbaycanı seçəcəklər. Əlbəttə, bu da ölkəmizin türizm mərkəzinə çevrilməsi baxımından önəmlidir”.

Müsahibimiz hesab edir ki, bu beynəlxalq yarış Azərbaycanın tarixi gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması yönündə əvəzsiz rol oynayacaq:

“Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar və Xocalı soyqrımına dair həqiqətlərin beynəlxalq arenaya çıxarılması baxımından oyunları böyük bir fürsət kimi dəyərləndirirəm. Əminəm ki, bu imkandan səmərəli şəkildə faydalanaraq Ermənistanın təcvüzkar bir ölkə olduğunu dünyaya isbat edəcəyik”

Həmsöhbətimiz sonda Oyunlara qatılacaq bütün idmançılara uğurlar arzulayıb:

“Hamısına böyük müvəffəqiyyətlər diləyirəm. Qoy, həmişə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, himnimizin sədaları altında  şanlı bayrağımızı zirvələrə ucaltsınlar”.

Aim.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Təhsil naziri hələ özünü təsdiqləyə bilməyib” – Siyavuş Novruzov

Next Post

Əflatun Amaşov: “Məqsəd I Avropa Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərməkdir”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Əflatun Amaşov: “Məqsəd I Avropa Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərməkdir”

“Qazprom” Ermənistanı kənarda saxladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.