"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İllərlə göstərilən diqqəti unutmaq olmaz” – İdman xadimi

31 İyul 2017 - 15:26
in CƏMİYYƏT
    
“Son günlər güləş ailəsində baş verən xoşagəlməz olaylar, məni güləşə doğma bir insan olaraq hədsiz dərəcədə narahat etdi. İllərlə bu idman növünün quruculuğunda olmuş bir vətəndaş kimi onu deyə bilərəm ki, müstəqilliyimizin ilk çağlarında maliyyə çətinliklərinə, təlim-məşq toplantılarının olmamasına, maaşların çox az miqdarda verilməsinə, maddi texniki bazanın zəif olmasına, lazımi idman inventarının azlığına baxmayaraq, güləş idman növü həmişə yüksək və stabil nəticələri ilə fərqlənir və ən əsası Azərbaycanımızın milli idman növü olduğunu dünyaya sübut edib”.

Bu sözləri Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, MOK-un üzvü Cavanşir Qurbanov deyib. O, bildirib ki, Azərbaycanda idmana dövlət qayğısı var: “Bu gün biz güclü dövlətik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısı var. Və bu dəstək nümunəsi heç bir digər dövlətlərdə yoxdur. Bu da idmanı, vətəni, bayrağı sevən vətənpərvər idmançı üçün yetərlidir”.

Cavanşir Qurbanov idmançıların etirazına da münasibət bildirib və buna görə məşqçi korpusunu qınayıb: “Güləş ailəsində baş verən anlaşılmamazlıqlar məşqçi korpusunun ideoloji işinin tam peşəkarcasına aparılmamasının nəticəsidir. Buna görə güləşçilər sosial şəbəkələrdə ictimai qınağ obyektinə çevriliblər. Mən bir idman xadimi kimi, illərlə güləşdə zəhməti olan bir Azərbaycan vətəndaşı olaraq bir ata kimi idmançılarımıza onu tövsiyə edirəm ki, hər kəs onun üzərinə düşən öz işi ilə məşğul olmalı və qarşıdan gələn Güləş üzrə Dünya Çempionatına məsuliyyətlə hazırlaşaraq ölkəmizə yüksək nəticələrlə qayıtmalıdırlar. Məşqçilərimizə onu tövsiyə edirəm ki, idmançıları diqqətlə dinləyib, növbəti dövr üçün konseptual sənəd hazırlasınlar. Biz bu gün Mübariz İbrahimov kimi qəhrəmanlarla öyünürük. Sizi də gənclərimiz bu qəhrəmanlar sırasında qəbul edərək, sizdən nümunə götürürlər. Sizin əməlləriniz gənclərimizə örnək olmalıdır”.

Cavanşir Qurbanov mətbuat nümayəndələrinə də müraciət edib: “Biz həmişə birləşməyi bacaran, çətinliklərdən düzgün çıxış yolu tapa bilən insanlarıq. Vaxtilə Rəsul Çunayevin erməni idmançısına məğlubiyyətini tənqid və təhqirlər deyil, əksinə dəstək olub onu ruhlandıran və yenidən erməni və digər rəqiblərə qalib gəlməsi üçün zəmin yaradan bizim sizlərlə birliyimiz oldu və olacaq”.

O idmançıların şəraitindən də danışıb və deyib ki, idmançılara hər cür qayğı göstərilir: “Onu da xatirladım ki, bu gün hər bir yığma üzvü, məşqçilərimiz və hakimlərimiz idmanla yanaşı bu və ya digər sahələrdə işlə təmin olunmaqla yanaşı sosial məişət problemləri öz həllini tapır. Böyük əksəriyyəti isə Dövlət qulluğunda mühüm vəzifələrdə çalışırlar. İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz! Əminliklə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyimiz, Milli Olimpiya Komitəsi, Fedrasiyalar, İdman Cəmiyyətlərinin və klubların birgə fəaliyyəti hələ uzun illər müstəqil Azərbaycanımıza yeni-yeni idmançı adlarını bəxş edəcək, yüksək nəticələrlə ölkə Prezidentinin bu qayğısı müqabilində cavab olaraq xalqımızı qalibiyyət himni ilə sevindirəcək. Sonda isə Sizə bir atalar sözünü xatırladım: “Gözütoxa ağzındakı yetər, acgözə dünya yetməz!”

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

159 dövlət əmlakı hərraca çıxarılacaq

Next Post

Bakıda tanınmış aparıcının qardaşı faciəvi şəkildə öldü – Foto

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda tanınmış aparıcının qardaşı faciəvi şəkildə öldü - Foto

Lənkəranda yeni doğulan körpənin ölümü ilə bağlı rəsmi məlumat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.