“Tesla və “SpaceX”-in baş direktoru və Tvitter-in yeni sahibi İlon Mask süni intellekt sahəsində inkişaf edəcək “xAI” adlı yeni şirkətin yaradıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İlon Mask yeni süni intellekt şirkəti “xAI” haqqında danışıb.
Şirkətin internet saytında verilən açıqlamada qeyd olunub ki, “xAI”-nın məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır.
Açıqlamada, komandanın süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, innovativ üsullarla təhlili təqdim etdiyi və bu sahədə ən böyük irəliləyişlərin inkişafına öncülük etdiyi bildirilib.
Nuranə Məmmədova





