İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Azərbaycanın xalq rəssamı Sakit Məmmədova məktub ünvanlayıb.
İmamoğlu məktubunda Sakit Məmmədovu 2022-ci ilin may ayında İstanbulda keçiriləcək “Rəsmin türkcəsi: Türk sənəti sərgisi” adlı sərgiyə qatılmağa dəvət edib.
Məktubda qeyd olunub ki, sözügedən sərgi ilk dəfə türk dövlətlərinin tanınmış rəssamlarını İstanbulda bir araya gətirəcək. Sərginin növbəti illərdə digər türk dövlətlərində keçirilməsi planlaşdırılır.




