"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İmişli İcra Hakimiyyətindən qadının özünü yandırmaq cəhdinə belə cavab verdi

24 Yanvar 2015 - 20:11
in HADİSƏ

“İmişli rayonunda Meliorator adlı nə qəsəbə, nə kənd , nə də küçə var”

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

imishliİmişli rayon İcra Hakimiyyəti Meliorator qəsəbəsində yaşayan qadının özünü həmin binanın qarşısında yandırmaq istəməsi barədə xəbərə rəsmi münasibət bildirib. İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bu barədə yazılan xəbərlərin heç bir əsası yoxdur: “İcra hakimiyyətinin binası qarşısında belə bir hadisə baş verməyib. İmişli rayonunda Meliorator adlı nə qəsəbə, nə kənd , nə də küçə var. İmişli rayonunda 47 kənd, 1 qəsəbə, 1 şəhər var. Qəsəbənin adı Bəhramtəpədir. Xəbərdə qadının məhz Meliorator qəsəbəsinin sakini olduğu deyilir. İcra Hakimiyyətinə qadının özünü yandırmaq istəməsi ilə bağlı fakt daxil olmayıb. Nə mühafizə polisləri, nə də başqa bir adamın bu cəhdin qarşını alması ilə bağlı heç bir məlumat yoxdur. Belə bir hadisə İcra Hakimiyyətinin qarşısında baş verməyib. Bilmirəm onlar hansı əsasla bu cür xəbər yazırlar. İmişli rayonunda olmayan qəsəbənin adını yazmaqlarından hər şey məlum olur”.

İcra Hakimiyyətindən bir neçə gün bundan qabaq İcra Hakimiyyətinin akt zalında özünü yandırmaq istəyən Nazim Qardaşovla bağlı məsələyə də aydınlıq gətirilib: “Nazim Qardaşov özünü akt zalında yandırmağa cəhd etməyib. O, qəbul prosesində başçının yanında olub. Sözünü deyib, onun tələbi yerinə yetirilib. Sonra o çölə çıxandan sonra nə problem yaranıb-yaranmayıb, özünü yandırmağa cəhd edib və bunun qarşısı alınıb. Nazim Qardaşovun istəyi işlə təmin olunmaq olub, onun tələbi yerinə yetirilib və hazırda o işləyir. Şənbə günü olduğundan, işdə olmadığımdan onun dəqiq harada işlədiyini sizə deyə bilmirəm. Amma o, işlə təmin olunub”.

***

17:36

Həftənin əvvəlində İmişli rayonunda ekstremal hadisə baş verdiyi barədə yazmışdıq.

Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib və az qala İH başçısı Vilyam Hacıyevin, eləcə də yaxınlıqdakı polis əməkdaşlarının od tutub alışmasına səbəb olacaqmış.

Dünən adı çəkilən rayonda yenidən bənzər olay baş verib. Rayonun Meliorator qəsəbəsində yaşayan qadın şüşə qaba benzin tökərək İH binasının qarşısına gəlib və özünü yandırmaq istəyərkən polislər tərəfindən zərərsizləşdirilib. Mühafizə xidmətində çalışan polis əməkdaşları qadının niyyətini anlayaraq vaxtında müdaxilə edərək faciənin qarşısını alıblar.

İH binasının qarşısında intihar etmək istəyən qadının bu addımı hansı səbəbdən atmaq istədiyi barədə hələlik məlumat yoxdur.

Həftənin birinci günü intihara cəhd etmək istəyən Nazim Qardaşov isə hazırda müvəqqəti saxlama kamerasında saxlanılır. Ona 15 sutka inzibati həbs cəzası verilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudov:”Ölkə rəhbəri girovlarla bağlı məsələni daim diqqətdə saxlayır”

Next Post

ABŞ-da hərbi helikopter qəzaya uğradı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

ABŞ-da hərbi helikopter qəzaya uğradı

Babək Ulusallığımızın sifətidir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.