Şəhidlər Xiyabanının ərazisində mərasim zalı tikdirən kimdir?
Moderator.az xəbər verir ki, əslən İmişlidən olan keçmiş hərbi həkim, Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan Habil Şirinov rayonun Şəhidlər Xiyabanında aparılan tikintiyə etirazını bildirir:
“Dəyərli həmvətənlərim! Məni bu fikirləri səsləndirməyə İmişlidə ŞƏHIDLƏR XIYABANINDA aparılan tikinti işləri vadar etdi. Bu başıbəlalı XIYABANIN ön tərfi 2008-ci ildə keçmis icra başçısı Əbülfəz Ağayev tərəfindən satılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsi üçün bina tikildi. O vaxt həmin tikintinin saxlanılması üçün mübarizə apardım. Qondarma ittihamla inzibati qaydada həbs olundum, lakin həbs qeyri-qanuni olduğundan vaxtından əvvəl buraxıldım.
Mən daha sonra Əbülfəz Ağayevlə görüşdüm və təklifimi qəbul etdi. Təklif bundan ibarət idi ki, bina ŞƏHIDLƏR muzeyinə çevrilsin. Lakin bu təklif yerinə yetirilmədi. Hal-hazırda həmin binada ƏƏSM-in İmişli rayon şöbəsi yerləşir. İndi də mətbuatdan oxuyuram ki, ŞƏHIDLƏR XIYABANININ arxa tərəfində tikinti gedir. Tikintiyə kim icazə verib, kim tikdirir, şəxsən dəqiq bilmədiyimdən kimi isə adı ilə ittiham etməyəcəyəm.
Deyilənə görə kimsə orada Mərasim evi tikdirir. Başa düşə bilmirəm, başqa yer tapılmadı? Kimsə, doğrudan da, öz şəxsi pulu ilə bina tikdirirsə, qoy həmin yeri Xiyabanda uyuyan 54 nəfər şəhidin və İmişlidən olan digər şəhidlərin xatirəsinə ŞƏHIDLƏR muzeyinə çevirsin. Onda həmin şəxs alqışlanacaq. Yox, başqa məqsəd üçün tikilsə, bu ŞƏHIDLƏRIN ruhu, onların ana-bacılarının ah-naləsi bu işin başında dayananları heç vaxt rahat buraxmayacaq. Yadda saxlayın ki, bu insanlar öz həyatlarını bizim, vətənimizin naminə qurban veriblər. Men bütün Səhid analarının qarsısında baş əyirəm.