"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İmkansızlara şad xəbər: Yeni layihə ilə hər kəs…

02 Avqust 2016 - 09:52
in XƏBƏR LENTİ

Ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib. Yeni layihənin ünvanlı sosial yardımla əvəzlənəcəyini deyən millət vəkili qeyd edib ki, bu proses ələbaxımlılığı aradan götürəcək:

 

“Söhbət ünvanlı sosial yardımın ləğvindən getmir. Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardımın verilməsi davam edəcək. Ancaq hazırda yeni pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Əgər bu layihə gələcəkdə uğurlu olarsa, proses davam etdiriləcək. Prezident öz ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb və bu pilot layihə vasitəsilə də insanlara iş yerləri təşkil olunur. İnsanlar da məhz təmin edilən yeni iş yerləri ilə özlərini dolandırmalıdır. Hər bir kəs maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çoxdandır həyata keçirir”.

 

Layihəni müsbət qiymətləndirən millət vəkili bu prosesin Azərbaycan üçün müsbət nəticə verəcəyini deyib:

 

“İnsanlar rahat olurlar ki, dövlətdən yardım alacaqlar. Ancaq indi insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradılır. Ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihə uğurla davam etsə, həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.

 

V.Əhmədov ötən illər ərzində ünvanlı sosial yardımdan faydalanan insanların 150, 180 manatla öz biznes fəaliyyətini qura bilməsinin qeyri-mümkünlüyündən də söz açıb:

 

“Ünvanlı sosial yardım insanların biznesinin qurulması üçün nəzərdə tutulmayıb. Bu layihə iş yerlərinin sayı azaldığına görə və insanların sosial vəziyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuşdu. 150, 180 manatla hər hansı biznes qurmaq çox çətindir. Bu dövlət başçısı tərəfindən atılan bir addım idi və biz də qanuni şəkildə bunu təsdiq etdik. Qarşıda pilot layihələrin necə icra olunmasına baxacağıq”.

 

Qeyd edək ki, ölkədə ehtiyac meyarı 105 manat məbləğində müəyyən edilən ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib.

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının yekunlarına dair iclasında ünvanlı sosial yardımın insanlarda asılılıq yaratdığını və gələcəkdə aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edilə biləcəyini  açıqlayıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Manat üçün şad xəbər

Next Post

Ayağı səhvən kəsilən qadın vəfat etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ayağı səhvən kəsilən qadın vəfat etdi

İncirlik niyə bağlandı: ABŞ-la konflikt lazımdırmı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.