Pakistanın Baş naziri İmran Xan Rusiyaya səfərə yola düşüb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Pakistan XİN-in “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Baş nazir İmran Xan fevralın 23-24-də Moskvada səfərdə olacaq.
Səfəri çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.






