"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İmtahandan kəsilən Ermənistan növbəti tarixi dərsini aldı

22 Fevral 2023 - 18:06
in SİYASƏT


“Bildiyimiz kimi Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen təhlükəsilik konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla panel diskussiyada çıxış etmişdi. Möhtərəm Prezident həmin görüşdə XX əsrin əvvəllərinə, həmçinin XVIII-XIX əsrlərə tarixi ekskursiya edərək, Nikol Paşinyana həqiqətləri əks etdirən tarix dərsi keçdi”- bu sözləri Elchi.az saytına açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov qeyd edib.
O, həmçinin bildirir:”Çox təəssüf ki, erməni tərəfi öz təcavüzkar siyasətindən əl çəkmədi. Ermənistanın 2020-ci ilin iyulunda və sentyabrında Azərbaycan sərhədlərində riyakarcasına törətdiyi terror-təxribat aktlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən nəticədə bütün dünyanın heyran qaldığı və Ermənistanın cəmi 44 gün ərzində darmadağın olduğu “DƏMİR YUMRUQ” əməliyyatı həyata keçirildi”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

İlham Məmmədov açıqlamasında Azərbaycan xalqı tarixi qisasımızın alınmasına görə bu möhtəşəm tarixi hadisə ilə əbədi olaraq qürur duyacağını da qeyd edib.

“Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Mövzunun adına nəzər etsək aydın olar ki, bu sözlərin tarixi mənası vardır. Azərbaycan bir qrup təcavüzkar erməni birləşmələrini-yerini səhv salıb otlaq yerini dəyişən qoyunları qarşısına qatdı və dağlarıın digər tərəfinə keçirdi.Bu məsələnin tarixi tərəfi və əsl həqiqət idi. Çünki bütün tarixi faktlar, maddi-mədəniyyət abidələri, xəritələr təsdiq edir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Məsələyə siyasi konteksdə yanaşsaq görəririk ki, Ermənistan siyasi rəhbərliyi acı məğlubiyyətdən dərs çıxarmayıb, hiyləgərcəsinə planlar və ya revanşizm haqqında fikirləşir. Belə ki, dünyada daha çox soyqırım,qanlı qətliamlar törətmiş Fransaya, digər terror dövləti olan İrana güvənir. Ancaq bir neçə gün öncə baş tutan paneldə məhz Cənubi Qafqazdan üç ölkənin Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakını gördük. Bu isə onu deməyə əsas verir ki, C.Qafqazda daxili məsələləri yalnız bu üç ölkə öz arasında həll edə bilər.
Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.
Bəli, bu görüşdən belə bir nəticəyə gəlmək olar ki, möhtərəm Prezident cənab İlham Əliyev əvvəlcə tarix dərsindən 2 alıb, konstruktiv mövqe sərgiləməyən, abusurd danışan və auditoriyaya buraxılmayan Nikol Paşinyanı Vətən müharibəsində cəzalandırdıqdan sonra yenidən-Münxen platformasında dərsə qəbul edib,ona sonuncu şans verdi. Ermənsitan bilməlidir ki, onlar üçün “Dəmir Yumruq” əməliyyatı isə intizam tənbeh tədbiri idi. Əgər Ermənistan sülh təklifimizi qəbul edib,ərazimizdən qanunsuz silahlı birləşmələrini çıxarmasa və həmçinin kommunikasiyaların açılışı üçün düzgün və konkret mövqe sərgiləməsə məhvə düçar olacaq. Ona görə də ümid edirik ki, bu dəfə Ermənistan siyasi rəhbərliyi dərsini daha diqqətli aldı və gələcəkdə təhlükəsiz yaşamaq üçün yalnız və yalnız Azərbaycanın humanizm prinsiplərinə əsaslanan təklifləri istiqamətində addımlar atacaqdır”.

HavarŞəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Şahdağ”da meşə yanır

Next Post

Müdafiə Nazirliyi sürücü axtarır – Video

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Müdafiə Nazirliyi sürücü axtarır – Video

Müdafiə Nazirliyi sürücü axtarır - Video

Bayden Putinin DSNV-də iştirakını dayandırmaq qərarını “böyük səhv” adlandırıb

Bayden Putinin DSNV-də iştirakını dayandırmaq qərarını "böyük səhv" adlandırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.