ABŞ-ın Kaliforniya ştatında yerləşən Yosemayt Milli Parkında inanılmaz akrobatik hərəkət nümayiş olunub.
23 yaşlı idmançı Kimberli Ueqlin sürətlə axan şəlalənin üzərindən asılan ip üstündə yoqa hərəkətləri göstərib. Onun bu hərəkəti hər kəsi təəccübləndirib.
Lakin ABŞ Prezidenti Barak Obama və ailəsinin parka gəlməsinə görə nümayişə son verilib.




