"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq” – Sahibə Qafarova

18 İyun 2022 - 00:22
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova IX Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Elchi.az xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin BMT-nin Cenevrədəki bölməsi ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Paytaxtımızda keçirilən IX Qlobal Forumunun əhəmiyyətindən danışan Milli Məclisin sədri, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdiyini, ölkəmizdə keçirilən bu kimi tədbirlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, bir sıra qlobal məsələlərin müzakirəsinə və yeni ideya və təşəbbüslərin meydana gəlməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Bir neçə gün əvvəl BMT Baş Məclisinin 76-cı sessiyasının sədri Abdulla Şahidlə Milli Məclisdə görüşünü xatırladan spiker Sahibə Qafarova həmin görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olub və cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu münasibətlə konfrans keçirilib. Spiker qeyd edib ki, Azərbaycan BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub və həmin sessiyalarda pandemiya ilə əlaqədar mühüm qətnamələr qəbul edilib. Bundan başqa, ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. İnanırıq ki, Parlament Şəbəkəsinin Birinci Konfransı bütün üzv ölkələr üçün faydalı olacaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda Azərbaycan post-münaqişə dövrünü yaşayır. Ölkəmiz davamlı sülh və sabitliyin tərəfdarıdır. İnanırıq ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə təkcə region ölkələrinin deyil, digər ölkələrin inkişafı üçün də faydalı olacaqdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin Baş direktoru Tatyana Valovaya ötən 30 il ərzində Azərbaycanın böyük uğurlar qazandığını və inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır. O, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə digər ölkələrə yardımlarına görə təşəkkür edib.

Söhbətdə gender bərabərliyi, qadınların təhlükəsizlik məsələlərində, hərbi münaqişələrin həllində, siyasətdə iştirakı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hikmət Hacıyev İran səfirilə GÖRÜŞDÜ

Next Post

Maduronun Azərbaycana səfəri başa çatdı – FOTO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Maduronun Azərbaycana səfəri başa çatdı – FOTO

Maduronun Azərbaycana səfəri başa çatdı - FOTO

Qarabağın bərpasına əlavə 470 milyon manat ayrılır

Qarabağın bərpasına əlavə 470 milyon manat ayrılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.