Fariz Namazlı: “İntiqam Əliyevin həbsdən çıxması bizdə ümidlər yaradıb”
Ali Məhkəmədə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılacaq. Prosesin günü hələ də məlum olmasa da, iclasa hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Jurnalistin azadlığa buraxılacağına ümidlər artıb. Buna səbəb martın 28-də Ali Məhkəmənin hüquq müdafiəçisi İntiqam Əliyev barəsində müsbət qərar verməsi və onun cəzasını şərti cəza ilə əvəzləməsidir. Doğrudur, İntiqam Əliyev barədə baş prokuror Zakir Qaralov protest versə də, X.İsmayılov barəsində onun vəkilləri əvvəlki instansiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət ediblər. Amma bu amil də xanım məhbusun azadlığa buraxılacağı ümidlərinin üzərindən xətt çəkməyib. Novruz əfvində çoxsaylı siyasi məhbusun azadlığa buraxılması, ardınca İ.Əliyev haqqında məlum qərarın verilməsi X.İsmayılovaya “yaşıl işıq” yandırıb.
Araşdırmaçı jurnalistin vəkili Fariz Namazlı “Yeni Müsavat”a açıqlamasında şikayətlərinin təmin olunacağına ümid etdiklərini söylədi: “Biz hər məhkəmə prosesinə istənilən halda ümidlə çıxırıq. Şikayətimizin təmin olunacağına çox ümidliyik. Son aylarda gedən siyasi proseslər, verilən əfv sərəncamı, son olaraq da İntiqam Əliyevin azadlığa çıxması bizdə ümidlər yaradıb. İnanırıq ki, Xədicə İsmayılova da Ali Məhkəmədən azadlığa buraxılacaq. Mətbuatda adımdan Xədicə xanımın cəzasının Ali Məhkəmədə yüngülləşdiriləcəyi barədə sözlər yazılıb. Amma mən belə sözlər deməmişəm. Sadəcə, ümidlə məsələyə yanaşdığımı söyləmişəm. İntiqam Əliyevin də Ali Məhkəmədəki prosesi yekunlaşmışdı, sadəcə, protest verilmişdi. Biz isə, Apelyasiya Məhkəməsinin qərarından şikayət vermişik. Ali Məhkəmənin hazırda səlahiyyəti çatır ki, Xədicə xanımı azad etsin. Proses barədə Xədicə İsmayılova ümidli deyil”.

Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Bundan başqa, o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
Xədicə İsmayılova ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
“Amnesty International” Xədicə İsmayılovanı “vicdan məhbusu” elan edib.