ABŞ Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra başlayan mübahisələrə son qoyaraq, İncirlik hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə təsdiqləyib.
“Milliyyət”-in verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Debora Li Ceyms məsələ ilə bağlı açıqlamasında bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib.
Bununla da o, İncirlikdə ABŞ-ın nüvə silahlarının olduğunu rəsmən təsdiqləmiş olub.
Qeyd edək ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra İncirlikdə olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib.



