"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İndi də hönkür-hönkür ağlayanlar var…

24 Oktyabr 2015 - 22:38
in KÖŞƏ YAZILARI

photo_7591

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Babək GÖYÜŞ

Çoxdandır, köşə yazmırdım. Nədənsə bu günə təsadüf etdi. Bu gün isə Məhərrəmlik ayının 10-cu günü – Aşura günüdür. Deyirlər matəmdir. İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları qətlə yetirilib. Allah rəhmət eləsin, başqa nə deyə bilərəm.

Bu ayı mənimlə bağlayan isə yalnız “Məhərrəm” sözüdür. Şəxsiyyət vəsiqəmdə ata yerində “Məhərrəm” yazılıb. Atam doğum şəhadətnaməmdə bunu öz əllərilə yazıb. Onda buna səlahiyyəti çatırdı, kənd sovetinin katibi idi. İndi isə nəinki yazmaq, heç yaşamaq səlahiyyəti də yoxdur, çünki 8 ildir ki, dünyasını dəyişib. Atamın adının “Məhərrəm” olmadığını qaçqın düşəndən sonra bildik. Sumqayıta qeydiyyata salınanda pasportunda adının “Göyüş” olduğunu gördük. Ona da bu adı atası qoyub və heç kəsə deməyib. Kənddə isə hamı atama “Məhərrəm” deyib. Bunun nədən olduğunu indi də bilmirik, bəlkə atam Məhərrəmlik ayında doğulub. Bizim tərəflərdə məhərrəmliyin keçirilmədiyi düşünsək, o adın hardan yarandığı yenə qaranlıq qalır.

Atam isə o dünyaya “Məhərrəm” adı ilə getdi, çünki başdaşında məhz bu ad yazılıb. Onu “Göyüş” kimi heç kim tanımırdı.

Buna isə təəssüflənməyə dəyməz, atam kimi minlərlə insan bu dünyada iki adla yaşayıb. Gedəndə isə başdaşlarında yalnız biri yazılır.

Başdaşları olmayanlar da az deyil. İndi 21-ci əsrdə yaşamağımıza baxmayaraq günahsız insanların ölümü günü-gündən çoxalır. Heç çoxlarının nəinki başdaşları, heç qəbirləri də yoxdur. İŞİD-in, PKK-nın, “Əl-Qaidə”nin, “Taliban”ın, “Boko Haram”ın, ASALA-nın əli onların qanına batıb. Göyüzündəki bütün yağış da yerə tökülsə, o qan izini o cəlladların əlindən apara bilməz.

Bu dünyadan onsuz da heç nə silinmir, elə bu dünyanın özündə qalır. Yazdığım bu köşə yazısı kimi…

Bu gün bir çox mövzuya baş vura bilərdim, vurmadım, fikirləşdim ki, evimizin alt yanında yerləşən Təzəpirdə insanlar öz inanclarına görə ağı deyirlər.

Hər kəs öz inanclarında sərbəstdirlər, elə ağı deməklərində də…

Atam öləndə isə ağlamadım. Gecə meyiti otağın ortasında üstü ağ örtükdə qoyulmuşdu. Saat 4-dək mən də onun yanında uzanmışdım, üstü açıq.  Daha bir fərqimiz isə onu ölü, mənimsə diri olmağımdaydı. Birdən ağlıma düşdü ki, atam ölüb və diziüstə qalxıb hönkür-hönkür ağladım. Düzdür, atam bunu eşitmədi, otaqda olan dirilər eşitdi…

İndi Təzəpirdə də hönkür-hönkür ağlayanlar var…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev həmkarına məktub göndərdi

Next Post

Gömrükdə hansı islahatlar olacaq? – Aydın Əliyev danışdı (Müsahibə)

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Gömrükdə hansı islahatlar olacaq? - Aydın Əliyev danışdı (Müsahibə)

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.