"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İndidən bahalaşma gedir…” – Deputatdan xəbərdarlıq

12 İyul 2019 - 16:56
in İQTİSADİYYAT

Yayın bu qızmarında kənd təsərrüfatı məhsullarının “qızan” qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq “ixracımız artıb” deyə bilək…

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Kasıbdan söz düşmüşkən parlamentdə onların hüquqlarını müdafiə edən 3-4 deputat varsa, ilkin yada düşəni Vahid Əhmədovdur. Elə bu səbəbdən də ona müraciət etdik.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ixracdan əvvəl daxili tələbatı nəzərə almaq lazımdır:

“Əvvəl daxili bazarı təmin etmək lazımdır ki, insanlar yüksək qiymətə məhsul almağa məcbur olmasınlar. Bundan sonra ixrac məsləsinə baxmaq lazımdır. Dövlətin imkanları var, istənilən vaxt istənilən fermerdən istənilən kənd təsərrüfatı məhsulunu ala, ehtiyatda saxlaya və bazara buraxa da bilər”.

İqtisadçı deputat ixracın artması səbəbindən daxildə qiymətlərin bahalaşdırılmasının qanunauyğun olmadığını bildirib:
“İxrac artıb deyə daxildə qiymətləri niyə qaldırmalıyıq?! Hələ əməkhaqları ilə bağlı Prezident tərəfindən qərar veriləndə biz bunun süni şəkildə qiymətlərə təsir edəcəyini bildirmişdik. Əməkhaqlarının artımı sentyabrdan nəzərdə tutulub, amma indidən bahalaşma gedir. Bizdə həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Mən hesab edirəm ki, ilk növbədə daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək lazımdır. Bundan sonra ixracı həyata keçirmək lazımdır. Heç kim ixracın əleyhinə deyil, biz də istəyirik ölkəyə daha çox valyuta daxil olsun”.

Parlamentari qeyd edib ki, kənd təsərrüfatı məhsullarının baha olması ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar var:
“Biz özümüz də bu ölkənin vətəndaşı olaraq dükan-bazardan bazarlıq edirik və bahalığı hiss edirik. İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan və s. olmaz axı… İnsanlar tərəfindən bununla əlaqədar olaraq müraciətlər artmaqdadır. Ona görə də müvafiq dövlət qurumları bu işlə məşğul olub daxili bazarı stabilləşdirməlidirlər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.