Mümkün qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Elchi.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri İndoneziyada zəlzələ qeydə alıblar. Onun maqnitudası 5,8 bal olub.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə 06.28-də (Moskva vaxtı ilə 09.28) qeydə alınıb. Zəlzələnin episentri Cayapura şəhərindən (İndoneziyanın Papua əyaləti) 10 kilometrliyində, ocağı isə 43 kilometr dərinlikdə yerləşib.
Hazırda mümkün qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi hələ yoxdur.
Bundan əvvəl hollandiyalı seysmoloq Frank Huqerbits bildirmişdi ki, Türkiyədə 12 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələ bütün Yaxın Şərq regionunda gərginliklərin paylanmasında dəyişikliklərdən xəbər verir.
Şayəstə






