İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı kül püskürməyə başlayıb.
Elchi.az xəbər verir ki,Yerli İndoneziya mətbuatına açıqlama verən Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian, bu gün 16 püskürmənin baş verdiyi vulkanın xüsusilə şimal-şərqə ətraf mühitə çoxlu miqdarda qaynar kül səpməyə başladığını bildirib.
“Birinci partlayış səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib”.
Semerudakı aktivliyə görə bölgə xalqına diqqətli olmaları barədə xəbərdarlıq edən səlahiyyətlilər, vulkanın təsirinə məruz qalan ərazinin aktivliyin intensiv olduğu şimal-şərqdə 13 kilometr, digər bölgələrdə isə 5 kilometr olduğunu açıqlayıb.
Digər tərəfdən, 2021-ci ilin dekabrında vulkanın püskürməsi nəticəsində 34 nəfər ölüb.
İndoneziyada 130-a yaxın aktiv vulkan var.
Nuranə Məmmədova




