İndoneziyanın Qərbi Papua əyalətində bir müddət əvvəl Yeni Zelandiya pilotunu əsir götürən separatçı “Papua Azad Hərəkat”ın hərbi qanadının silahlıları eniş edən mülki təyyarəni vurublar.
Elchi.az xəbər verir ki, bu barədə cümə günü yerli hakimiyyət orqanlarına istinadən “The Jakarta Post” qəzeti məlumat yayıb.
Polisin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları hadisə yerində təhlükəsizliyi təmin edir.
Separatçı yaraqlılar mütəmadi olaraq həmin ərazidə təyyarələri vurublar. Onlar bu ilin fevralında İndoneziyanın Susi Air aviaşirkətinin pilotunu və onun beş sərnişinini girov götürüblər. Sərnişinlər daha sonra sərbəst buraxılsa da, pilot girov olaraq qalır. Onun azad edilməsi müqabilində separatçılar regionun müstəqilliyinin tanınmasını tələb edirlər.
Yeganə





