İndoneziyanın Qərbi Papua əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 5,4 bal gücündə zəlzələnin episentrinin Abepura bölgəsindən 135 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
İlk təsbitlərə görə, 13 kilometr dərinlikdə baş verən zəlzələdə can və ya mal itkisi olmayıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu zəlzələnin 6,4 bal gücündə olduğunu açıqlayıb.
Keçən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.
Nuranə Məmmədova





