Türkiyənin Atatürk Hava Limanında baş verən dəhşətli terror bizim üçün Orlando və Paris teraktları qədər ağrılı deyil.
Bu iddia iləİndependent nəşri çıxış edib.
Mett Eyton yazısında Avropa və ABŞ-ın müsəlmanlara qarşı törədilən terror aktlarını niyə ağrı ilə, ürək yanğısı ilə hiss etmədiklərindən şikayətlənib:
“Paris və Orlandə teraktlarından fərqli olaraq İstanbul terroru heç bir həftə dünya mediasının gündəmində qalmadı. Sosial şəbəkələrdə bu terakt milyonlarla insanın etirazına səbəb olmadı, siyasətçilər teraktı ağızdolusu, yanğı ilə pisləmədi.
Buna səbəb nədir? İstanbulda həyatını itirənlər Paris terrorundakı qurbanlardan nə ilə fərqlənir?
Böyük Britaniyanın Baş naziri Devid Kemeron Belçika terrorundan sonra Dauninq küçəsində Belçika bayrağını dalğalandırdı. İstanbul terrorunda isə sadəcə “üzgünəm” deməklə kifayətləndi.
Niyə İstanbul teraktından sonra Qüds divarları Türkiyə bayrağına bürünmədi?
Əgər terror hansısa Avropa Birliyi ölkəsində və ya ABŞ-da olsaydı, insanlar yenə də məsələyə belə soyuq yanaşardımı? İlk addımı böyük siyasətçilər atmalı idi. Dünya siyasətçilərinin Türkiyədəki terror olaylarına biganə yanaşdığı hər kəsə məlumdur.
“Biz – qərblilərin terror aktı nəticəsində ölməsi faciədir, onların – türk və ərəblərin ölümü isə regiondakı qeyri-sabitliyin göstəricidir”. Bu, necə yanaşmadır?
Biz belə bölücü, separatçı davrandıqca ekstremistlər bizə qalib gələcək. Müsəlman bacı və qardaşlarımıza sahib çıxaq!”




