Bu həftə cümə axşamı Böyük Britaniyada ölkənin Avropa Birlyində qalıb-qalmamaq məsələsi referendumla həll olunacaq.
Böyük Britaniya kraliçasının təbəələri ada dövlətinin Avropa Birlyinin parçası olaraq görüb-görmədiklərinə qərar verəcəklər.
Böyük Britaniya nə üçün Avropa Birliyindən çıxmaq istəyir?
Musavat.com bununla bağlı olaraq xarici mediadan götürülən araşdırmaları və fikirləri təqdim edir.
Qeyd edək ki, Böyük Britaniya Avropa Birliyinə 1975-ci ildə qəbul edilib. Böyük Britaniyanın AB-yə üzvlüyü Birliyin yarandığı ilk dövrlərdə uzun müddət Fransa tərəfindən, xüsusilə prezident Şarl de Qoll dövründə dəfələrlə rədd edilib.
Yalnız Fransa prezidenti Şarl de Qollun ölümündən sonra prezident Valeri Jiskar D`Estenin dövründə Fransa hökuməti birtaniylalıların Avropa Birliyi ailəsinin üzvü olmasına razılıq verib.
Lakin müəyyən dövr keçdikdən sonra Böyük Britaniya hökuməti və ictimaiyyəti Avropa Birliyinin ölkə üçün nə qədər faydalı olduğunu şübhə altına almağa başlayıb.
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq məsələsi ilk dəfə 1984-cü ildə baş nazir Marqaret Tetçer dövründə meydana gəlib.
Bundan sonra hər bir seçki dövründə Böyük Britaniyanın Avropa ittifaqında qalıb-qalmama məsələsi həmişə seçkiqabağı dabatların qızğın mövzusuna çevrilib.
İngilisləri Birlikdən çıxmağa sövq edən səbəblər arasında ən çox onların Avropa Birliyi büdcəsinə verdikləri maliyyə ödəmələri və bir çox məsələlrdə Brüsselin təlimatlarına uymaq məcburiyyətində buraxılmalarıdır.
Tarix boyu müstəqil siyasət yeridən və qıraqdan əmr almağı sevməyən ingilislər üçün Avropa Birliyindən gələn istənilən məhdudiyyət onlarda qıcıq yaradır.
Lakin mütəxəssislərin rəyinə əsasən ada dövlətinin Birlikdən çıxması ölkə üçün siyasi və iqtisadi mənada yaxşı heç nə vəd eləmir, hətta təhlükəli perpektivləri var.
Belə ki, Böyük Britaniya 465 milyard dollaqrlıq ixracatının 44 faizini Avropa Birliyində həyata keçirir. Eyni zamanda Böyük Britaniyanın idxalatının 50 faizi də Birlik ölkələrndən gerçəkləşdirilir.
Əgər Böyük Britaniya Birlikdən çıxsa 28 Birlik ölkəsi ilə ayrı-ayrılıqda ticarət sazişləri imzalamalı olacaq ki, bunun da əvvəlki rəqəmlərə çatması olduqca çətin olacaq.
Çünki dünya Böyük Briyanitanın hegemonluq etdiyi 200 il əvvəlki dövrdə yaşamır. Indi ən azı Böyük Britaniya qədər iqtisadi inkişafın yüksək pilləsində dayanan 20-ə yaxın dövlət var və onlar ingilislərlə iqtisadiyyatın bir çox sahələrində rəqabətdə qalib gəlirlər.
Məsələnin bir də dövlət təhlükəsizliyi və ölkənin ərazi bütövlüyü tərəfi var.
Belə ki, şotlandlar Böyük Britaniyanın Avropa Birlyindən çıxması halında müstəiqllik məsələsini yenidən gündəmə gətircəklərini bildiriblər.
Böyük Britaniya parlamantində 28 yerə sahib olan Şotlandiya Milli partiyasının rəhbərliyi rəsmi Londonun Avropa Birliyindən çıxması halında Şotlandiyanın müstəqilliyini təkrar elan edəcəkləri barədə xəbərdarlıq ediblər.
Bunun arxasınca Şimali İrlandiyanın və hətta Uelsin eyni tələblə çıxış etməyəcəyinə isə heç kim təminat vermir.
Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarının da gününü qara edib.
ABŞ Federal Ehtiyat Sistemi faizləri qaldırmaq məsələsini referendumdan sonraya saxlayıb.
ABŞ-ın faiz artırma məsələsində verəcəyi qərarın dünya bazarlarında zəlzələ effekti yaradacağı şübhəsiszdir.
Ona görə referendumun nəticələri iqtisadi çevrələ tərəfindən də nigaranlıqla izlənilir.
Sərmayəçilərin ən böyük qorxusu isə bu referendumun Avropa Birliyində domino effekti yaratmasıdır.
Çünki Avropa Birliyinin siyasətindən yalnız britaniyalılar narazı deyil. Müşahidəçilər ada dövlətinin ardınca digər üzv dövlətlər tərəfindən bənzər addımlar ata bilmə ehtimalını dilə gətirirlər.




